Ətin qiyməti niyə artıb? - AÇIQLAMA

Ətin qiyməti niyə artıb? - AÇIQLAMA2024-cü ildə dünya bazarında mal ətinin 1 kiloqramının orta qiyməti 6,2 dollar (10.5 manat), qoyun əti 9.6 dollar (16.3 manat) olub. Azərbaycanda isə qoyun əti 21-22 manat, mal əti isə ən yaxşı halda 17-18 manatdır. Niyə Azərbaycanda ətin qiyməti bu qədər yüksəkdir?

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Elşad Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, ətin qiymətinin baha olması idxaldan asılılıqla və yerli məhsulun lazım olan həcmdə olmaması ilə bağlıdır:

"Digər tərəfdən yerli ət məhsullarının əmələ gəlməsində idxal amili yenə də yüksək paya malikdir. Yəni yemlər, müvafiq dərmanlar və digər əlavələr tələb olunur ki, onların idxal edilməsi qiymətlərin artmasına şərait yaradır. Biz kənd təsərrüfatı sektorunda bütün istehsal halqalarını özündə ehtiva edən bir sistem qurmalıyıq ki, idxaldan asılılıq azalsın. Əks halda qiymətlərin yüksək olması qaçılmaz olur".

Ekspertin sözlərinə görə, ölkədə kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafı ilə bağlı müvafiq güzəştli kredit xətləri açılmalıdır ki, bu sahənin inkişafı rentabelli olsun:

"Çünki bu sahə kifayət qədər risklərlə doludur. Burada istehsalın, biznesin həyata keçirilməsi ilə bağlı olan risklər yüksək kredit faizləri olduqda, demək olar ki, sahənin inkişafını rentabelsiz edir. Ona görə də düşünürəm ki, məsələyə sistemli yanaşmalıyıq. İlk növbədə, yerli təsərrüfatı sektoru, o cümlədən heyvandarlıq inkişaf etməlidir. Bunun üçün müvafiq kredit xətləri açılmalı və maliyyələşmə xətləri reallaşdırılmalıdır. Digər tərəfdən kənd təsərrüfatı sektorunda, o cümlədən heyvandarlıqla bağlı sistem təşkil edən bütün bizneslərdə idxaldan asılılığımızı azaltmalıyıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3094   Tarix: 26 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr