Əhalinin banklara inamı artır - ARAŞDIRMA

Əhalinin banklara inamı artır - ARAŞDIRMA2024-cü ilin 11 ayında (yanvar-noyabr) Azərbaycandakı bankların faiz və onunla bağlı xərcləri bir milyard manatı keçib. Mərkəzi Bankdan bildirilib ki, 2024-cü ilin 11 ayında bankların cəmi faiz xərcləri bir milyard 91.2 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 813.4 milyon manat təşkil edib. Depozitlər üzrə faiz xərclərinin 703.4 milyon manatını müddətli əmanətlər üzrə ödənilmiş faiz məbləğləri təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 11 ayında Azərbaycandakı bankların cəmi faiz xərcləri 755.7 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 536.5 milyon manat, həmçinin müddətli depozitlər üzrə faiz xərcləri isə 450.4 milyon manat təşkil etmişdi. Qeyd edək ki, son aylar banklar depozitlər üzrə faizləri yüksəldiblər. Bəs banklar bu faizləri uzun müddət ödəmək imkanlarına malikdirlərmi?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İnflyasiya və oğurluqdan qorumaq üsulu

Bank məsələləri üzrə ekspert Emin Kərimovun sözlərinə görə, depozit faizlərinin artırılması vətəndaşları əmanət yerləşdirməyə təşviq edir: "Depozitlər bankların əsas vəsait mənbəyidir. Depozitlərin artması banka əlavə pul vəsaitinin daxil olmasına şərait yaradır. Depozitlərin artması bankın qısa və orta perspektivdə vəsaitlə təmin olunmasına zəmanət verir. Bank vətəndaşdan depoziti müəyyən faizlə qəbul edir. Bu vəsaitləri kreditlərə, investisiyalara yatıraraq gəlir əldə olunur. Əmanətlərin Sığortalanması Fondu ilə milli valyutada 12 faiz, xarici valyutada isə 3 faizə qədər olan əmanətlər sığortalanır. Əmanətlər etibarlı şəkildə qorunduğu və səmərəli olduğu üçün insanlar pullarını banklara yerləşdirməyə üstünlük verir. Bununla da əmanətlərini həm inflyasiya, həm də oğurlanmaq kimi fiziki təhlükədən xilas etmiş olurlar. Depozit bəzi vətəndaşların əsas gəlir mənbəyidir. Faizlərin yüksəldilməsi onları daha çox vəsait qoymağa təşviq edir. Bu, vətəndaşların rifah halının yüksəlməsinə də xidmət edə bilər".

Gələcəkdə daha da artırılması real deyil

E.Kərimov bildirib ki, banklar hər ilin əvvəlində strateji planlarını, gəlir və xərclərini ciddi şəkildə təhlil edirlər: "Depoziti qəbul edərkən onun gələcəkdə ödənilməsini öncədən hesablayırlar. Depozitləri qəbul edərkən, kreditləri verərkən qısa və ya uzunmüddətli strategiyalarına əsasən faizləri müəyyənləşdirirlər. Qlobal səviyyədə baş verən iqtisadi və sosial proseslər təhlil edilir. Faizlərin bu şəkildə qalıb-qalmayacağını təxmin etmək çox çətindir. Çünki baş verəcək hadisələr çox şeyi dəyişə bilər. Banklar gəlir və xərclərinin planlarını nəzərə alaraq depozitlər üzrə faizlərin qaytarılması mənbələrini müəyyən edirlər. Depozit qəbulu bundan sonra artıq icra olunur".

Ekspert gələcək dövr üçün əmanətlərin faizinin daha da artırılmayacağı qənaətindədir: "Depozit faizləri artırılsa da, 12 faizlik baryeri keçməsi mümkün deyil. Çünki sığortalanma məbləği nəzərə alınmalıdır. Əgər Əmanətlərin Sığortalanması Fondu faizləri artırmaq haqqında düşünərsə, banklar da depozit faizlərini daha çox artırarlar. Belə bir hal baş verərsə, kredit faizlərində də artım baş verəcək".

Mərkəzi Bank öz məqsədinə nail olub

İqtisadçı Xalid Kərimlinin fikrincə, hazırda banklar depozit faizləri ilə bağlı heç bir problem yaşamır: "Əgər banklar depozit faizlərini artırıbsa, deməli, verdikləri kreditlərin də faizinə dəyişiklik ediblər. Bankların həm gəlirlərində, həm də xərclərində artım var. Problemli kreditlər olsa da, hazırda həm vətəndaşlarımız, həm də şirkətlər kreditlərini ödəmək qabiliyyətinə malikdirlər. Problem o zaman yaranardı ki, xərclər artır, amma gəlirlər artmır. Amma bu, hazırda düz mütənasibdir".

X.Kərimli qeyd edib ki, depozit faizlərinin artırılması Mərkəzi Bankın apardığı siyasətin nəticəsidir: "Mərkəzi Bank ötən ilin sonlarında həm likvidlik əmsalına dair tələblər irəli sürdü, həm də bankların məcburi ehtiyat normasını artırdı. Əvvəl bu göstərici 1-2 faiz idisə, hazırda 20 faiz üzərindədir. Mərkəzi Bankın bu addımındakı məqsəd bank bazarında rəqabəti artırmaq idi. Böyük banklar da faiz xərclərini artırmış oldu. Beləliklə, insanlar banklara yönəlməyə başladılar. Nəticələrdən də görünür ki, Mərkəzi Bank öz məqsədinə nail olub".

"Təyin olunan faizi keçdikdə onlara xəbərdarlıq edilir"

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli bildirib ki, depozitlər qısamüddətli olduğu üçün hər hansı risk mövcud deyil: "Bankların depozit faizləri uzunmüddətli olmur. Maksimum iki ilə qədərdir. Bu səbəbdən, elə də böyük risk yoxdur. Bankların depozit faizlərini kortəbii şəkildə artırması mümkün deyil. Çünki kreditlərə tələbat azalarsa, vətəndaşın qoyduğu əmanəti ödəmək lazım olduqda, problemlər yarana bilər. Tək risk bankdan kredit götürən vətəndaşlarla problem yaşaması ola bilər. Hansı ki, müəyyən iqtisadi vəziyyətlərdə vətəndaş borcunu geri ödəyə bilmir, beləliklə, bank da çətin vəziyyətə düşür".

E.Qəriblinin sözlərinə görə, banklar depozit faizlərini Mərkəzi Bankın nəzarəti altında tənzimləyirlər. Nəzarətdən kənar addım olarsa, fəaliyyətlərini sonlandırmaq riskləri var: "Depozit xərcləri artanda banklar üçün kredit vermək bir az çətinləşir. Mərkəzi Bankın müəyyən etdiyi faizlər də var. Amma banklar görürlər ki, indiki halda kreditə tələbat çoxdur. Bu səbəbdən depozitlərlə bağlı narahat deyillər. Banklar Mərkəzi Bankın tabeliyində olduqları üçün nəzarətdədirlər. Təyin olunan faizi keçdikdə onlara xəbərdarlıq edilir. Əməl etmədikdə lisenziyaları əllərindən alınır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 716   Tarix: 26 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Bakıya qar yağacaq

Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə,. Bakıda və Abşeron yarımadasında havanın soyuq və arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, nisbətən yüksək ərazilərdə isə qara keçəcəyi gözlənilir. Mülayim şima

19 yanvar
.

Bu avtobusların hərəkət sxemi dəyişdirilir - Siyahı

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31

19 yanvar
.

10 gündür komada olan qazi vəfat etdi

Vətən müharibəsi qazisi Əsgər Hüseynov bu gün Bakıda xəstəxanaların birində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 10 gündür komada olan qazinin həyatını xilas etmək mümkün olmayıb. Bildirilib ki, Ə.Hüseynov 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. O, yanvarın əvvəlində sətəlcəm (pnevmoniya

19 yanvar
.

Dağlıq rayonlarda 12° şaxta var

Bu gün Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə yağıntı intensiv xarakterlidir. Yağan qarın hündürlüyü Əlibəy (Zaqatala

19 yanvar
.

Son günlər Azərbaycanda baş verən zəlzələlərlə bağlı Qurban Yetirmişlidən AÇIQLAMA

Bu gün səhər saatlarında Şamaxı və Ağsu rayonlarının sərhədində, Pirqulu stansiyasından 12 km cənubda 3.8 maqnitudalı zəlzələ olub. Məsələ ilə bağlı -a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildiri

18 yanvar
.

"Şöhrət" ordenli alim vəfat etdi

Tanınmış kimyaçı alim, AMEA-nın müxbir üzvü Mustafa Salahov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 95 yaşlı alim ötən gün dünyasını dəyişib. Qeyd edək ki, "Şöhrət" ordenli alim uzun illər Polimer Materialları İnstitutunda rəhbər vəzifələrdə çalışıb

19 yanvar
.

Məktəblərdə şənbə günü də dərs keçiriləcək? - VACİB AÇIQLAMA

Son günlər müşahidə olunan kəskin soyuq hava şəraiti fonunda bəzi məktəblərdə dərslərin təxirə salınması məsələsi gündəmə gəlib. Maraqlıdır, bu halda itirilən dərs saatlarının şənbə günləri hesabına kompensasiya olunması mümkündürmü?. Mövzu ilə bağlı -a açıqlama verən təhsil eksperti Ramin Nurəliye

18 yanvar
.

Yeni metro stansiyaları bu ərazilərdən keçəcək - Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Bakı metrosunda ciddi dəyişikliklər həyata keçirilir. xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Televiziyasının (AzTV) videomaterial hazırlayıb. Bildirilir ki, hazırda metronun ən zəif inkişaf edən istiqaməti "bənövşəyi" xətdir. Cəmi dörd stansiyası olan bu xətt sərnişin axınının cəmi ü

18 yanvar
.

Baş nazir və spiker Şəhidlər xiyabanını ziyarət ediblər

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, eləcə də digər dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. xəbər verir ki, onlar Azərbaycanın azadlığı uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərin

20 yanvar