Sabah bəzi ərazilərdə hava çiskinli olacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə havanın az çiskinli olacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 845 Tarix: 29 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. "Report" xəbər verir ki, dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 20 Yanvar hadisələr
18 yanvar10 gündür komada olan qazi vəfat etdi
Vətən müharibəsi qazisi Əsgər Hüseynov bu gün Bakıda xəstəxanaların birində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 10 gündür komada olan qazinin həyatını xilas etmək mümkün olmayıb. Bildirilib ki, Ə.Hüseynov 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. O, yanvarın əvvəlində sətəlcəm (pnevmoniya
19 yanvarDəm qazı daha bir can aldı
Gədəbəydə qadın dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində baş verib. Kənd sakini 1972-ci il təvəllüdlü Rəxşəndə Xanlar qızı Rzayeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
19 yanvarVətəndaşlara XƏBƏRDARLIQ: İki min manatadək cərimə oluna bilərsiniz
Sayt və sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən hərəkətlər qadağan olunub. Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, kütləvi şəkildə nümayi
18 yanvarAzərbaycanda iki növ balıq bahalaşdı - SƏBƏB
Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib. Xəzər TV-yə istinadən xəbər verir ki, balıq ovu ilə məşğul olmaq istəyən şəxslər müvafiq sənədlərlə "Balıqçılıq və Akvakultura Mərkəzi"nə və ya bölgələrdəki "ASAN Xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Sənay
18 yanvarƏhaliyə vacib HAVA XƏBƏRDARLIĞI - Bu gecə və ya sabah...
Müsbət qütblü Tac Dəliyi Axınlarının bu gün və ya sabah, 18 yanvarda baş vermiş X1.95 sinifli alışmaya bağlı Tac Kütlə Atılmalarının yanvarın 20-də Yerə çatacağı gözlənilir. xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Qeyd olunub ki, bu səbəbdən də gücl
19 yanvarBeş gün qar yağacaq, 20 dərəcə şaxta olacaq - XƏBƏRDARLIQ
Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir
18 yanvarQar yağacaq, çovğun olacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəy
19 yanvarSabah bu yollar BAĞLI OLACAQ
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Bu barədə -a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekt
19 yanvar