"Məktəb avtobusları" ödənişli olacaq? - AÇIQLAMA
2025-2030-cu illərdə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə "məktəb avtobusları"ndan istifadənin təşkili planlaşdırılır.
Bəs sözügedən məktəbli avtobusları ödənişli olacaq?
Bu barədə millət vəkili Ceyhun Məmmədov öz fikirlərini Metbuat.az ilə bölüşüb.
O bildirib ki, Bakıda tıxaca səbəb olan məsələlərdən biri uşaqların danışması ilə bağlıdır:
"Bir çox ailələr uşaqlarını məktəbə ya maşınla gətirirlər, ya da taksilərdən istifadə edirlər. İmkanlı ailələr hətta ayrıca sürücü və ya maşın tuturlar. Bakıda istənilən məktəbin qarşısında izdiham, avtomobil çoxluğunu görmək mümkündür. Bu da qeyd etdiyimiz kimi ümumi prosesə öz mənfi təsirini göstərir. Biz düşünməliyik ki, hansısa formada uşaqların məktəbə avtobusla gediş-gəlişi təmin olunsun. Bir var ki, məktəbdə 500 uşaq təhsil alır və ora 100 şagirdin iki nəfər valideyni öz uşağını daşıyır, görün, bu nə qədər tıxac yaradır. Əlbəttə, biz bütün məktəblərə avtobus ala bilmərik. Bu, böyük vəsait tələb edir. Ancaq nəqliyyat şirkətləri ilə, bu sahədə çalışan qurumlarla müəyyən danışıqlar aparmaq olar".
Millət vəkili qeyd edib ki, valideynlər hər ay sürücü, taksiyə verdikləri ödənişlə müəyyən bir rəmzi məbləğ ödəyərək uşaqların avtobusla məktəblərə getmələrini təmin edə bilərlər:
"Yəni valideyn hər dəfə benzinə nə qədər pul verir, sürücüyə nə qədər pul verirsə, bunu qeyd etdiyimiz formada müəyyən ödənişlər və razılaşdırma əsasında həyata keçirə bilərlər. Hesab edirəm ki, bu effektiv bir məsələ olar. 30-50 maşının bir məktəbin qarşısında dayanmağındansa, daha az vəsait sərf edərək bu məqsədimizə nail ola bilərik və tıxacla bağlı problem də bir qədər azalar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1319 Tarix: 02 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrQadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabr