"Bu gün AŞPA öz missiyasını unudaraq dövlətlərin milli maraqlarına hörmət qoymadan öz istək və arzularını sırımağa çalışır" - DEPUTAT

"Bu gün AŞPA öz missiyasını unudaraq dövlətlərin milli maraqlarına hörmət qoymadan öz istək və arzularını sırımağa çalışır" - DEPUTATXəbər verdiyimiz kimi Gürcüstan hakimiyyəti AŞPA-dakı nümayəndə heyətinin üzvlərini geri çağırdı.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, Azərbaycan AŞPA ilə əməkdaşlığı bir öncə dayandırıb:

"Gürcüstanın da belə bir qərar verməsi Azərbaycanın bir il öncə qərarın ədalətli olduğu bu gün bir daha təsdiqlədi. Təəssüf ki, bu gün AŞPA öz missiyasını unudaraq dövlətlətlərin milli maraqlarına, suverenliyinə, ənənələrinə heç bir hörmət qoymadan özünün istək və arzularını, prinsiplərini qeyd-şərtsiz sırımağa çalışır. Təbii ki, bu da haqlı üzv dövlətlərin maraqlarına cavab vermir və narazılıq doğurur. Avropa Şurasının Parlament Assambleyası (AŞPA) hər zaman Azərbaycana qarşı qərəzli mövqe göstərib. Belə olan təqdirdə də Azərbaycan Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qeyri-ciddi və qərəzli təşkilatla əməkdaşlığı davam etdirə bilməzdi. Məhz ona görə də bir öncə Azərbaycan AŞPA əməkdaşlığı dayandırdı. Bu gün Azərbaycan müstəqil, suveren, demokratik dövlət kimi dünyada nüfuz sahibinə çevrilib.Bu bir il ərzində AŞPA ilə əməkdaşlığın dayandırılması və qurumun Azərbaycana qarşı qərəzli ittihamları ölkəmizin imicinə təsir etməyib. Əminəm ki, bundan sonra da edə bilməyəcək. Çünki Avropa Şurası Parlament Assambleyasının ölkəmizin əlehinə qəbul etdiyi qətnamələr kağız parçasından başqa bir şey deyil".

Deputat vurğulayıb ki, hər zaman qərbdəki anti-Azərbaycan qüvvələr bu təşkilatdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər:

"Bu gün də eyni siyasət yürüdülür. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizə qarşı açıq-aşkar qarayaxma kampaniyasına başlayıblar. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən və lokal antiterror əməliyyatlarında Azərbaycan suverenliyini tam təmin etdikdən sonra ölkəmizə qarşı qarayaxma kampaniyalar daha da şiddətlənib. Qərbin bu planları bu günə baş tutmayıb, heç vaxt da baş tutmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1218   Tarix: 04 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr