Yumurta qiymətləri rekord həddə çatdı
ABŞ-da tez-tez rast gəlinən quş qripi epidemiyası səbəbiylə toyuqların kəsilməsi yumurta istehsalına mənfi təsir edib və qiymətləri artırıb.
Nyu-York şəhəri və ətrafındakı ərzaq mağazaları müştərilərin yumurta almasını məhdudlaşdırıb, bəzi mağazalarda yumurtanın qiyməti rekord həddə - 10 dollara çatıb.
Nyu-Yorkda bəzi əyalətlərdə quş qripinin qarşısını almaq üçün quş bazarları da müvəqqəti bağlanıb. Bəzi ərzaq mağazaları müştərinin maksimum üç qutu yumurta ala biləcəyini bildirib. Toyuq məhsullarının saxlandığı rəflərin çoxu boşdur.
Bundan əlavə, Amerika mətbuatında yer alan xəbərlərə görə, quş qripinin yenidən ortaya çıxması səbəbiylə 2022-ci ildən bəri ABŞ-da 110 milyon yumurtlayan toyuq məhv edilib. Yumurtalı səhər yeməyi və sendviç satan bəzi restoranlar menyu qiymətlərini artırıb.
Digər tərəfdən, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, son 5 ildə ölkədə yumurta qiymətlərində çox artım var. (Publika.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5445 Tarix: 09 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib
24 sentyabrHərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabrÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v
24 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabr