"4 ildən çoxdur müharibə bitsə də Fransa bunu qəbullanmaq istəmir" - MÜSAHİBƏ

"4 ildən çoxdur müharibə bitsə də Fransa bunu qəbullanmaq istəmir" - MÜSAHİBƏDeputat Cavanşir Paşazadə Sonxeber.az-ın suallarını cavablandırıb.

- Cənab İlham Əliyevin 2024-cü il fevralın 7-də tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən bir il ötür. Qazanılan nailiyyətlər və hazırkı gerçəkliklər ölkəmiz üçün hansı perspektivləri vəd edir?

- Cənab Prezident İlham Əliyev adını Azərbaycan tarixinə ərazi bütövlüyümüzü bərpa edən qalib Sərkərdə kimi həkk etdirib. 7 fevral 2024-cü il prezident seçkiləri öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın qədəm qoyduğu yeni dövrün başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezident İlham Əliyev ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillərdən bəhs edərkən qeyd etdiyi birinci səbəb kimi suverenliyimizin tam bərpasını qeyd etmişdi. Ötən il keçirilən seçkilər həm də bir dövrə yekun vurdu. 2023-cü ilin sentyabr ayında dünya bir daha Azərbaycan dövlətinin və xalqının gücünün şahidi oldu. Deyərdim ki, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmayıb. Bu, xalqımızın, dövlətimizin ən parlaq qələbəsidir və bu yeni dövrün başlanğıcı idi. Əlbəttə yeni dövr başlayarkən prezident seçkilərinin keçirilməsi mütləq idi. Ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Ən önəmlisi isə ilk dəfə olaraq müstəqil həyatımızda bütün ərazilərimizdə seçkilər keçirildi.

Prezident seçkiləri 20 ilin hesabatı oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev qarşıya bu hədəfi qoydu ki, Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə, torpaqlarda, şəhər və kəndlərdə qaldırılacaq. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç il sonra bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi 1993-cü ildən, yəni Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrün təqdimatı oldu. Ötən ilin 7 fevral tarixində prezident seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində, Qarabağda və Şərqi Zəngəzurda keçirilməklə bir daha təsdiqlədi ki, Azərbaycan hədəflərə hər zaman çatıb.

Xalqımız 7 fevral prezident seçkilərində qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır, əbədidir. Bu seçkilərin qürurverici məqamlarından biri də bu oldu ki, dövlət başçısı İlham Əliyev və ailə üzvləri Xankəndi şəhərində səs verdilər. Əminəm ki, cənab Prezident İlham Əliyevlə uğurlarımız davamlı olacaq.

"4 ildən çoxdur müharibə bitsə də Fransa bunu qəbullanmaq istəmir" - MÜSAHİBƏ- Cavanşir müəllim, hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Bu gün qayıdış, bərpa-quruculuq işləri üçün ən böyük maneə Ermənistanın basdırdığı minalardır. Təəssüf ki, Ermənistanın ölkəmizə qarşı apardığı mina terroru davam edir.

- Ermənistanın ölkəmizə qarşı başlatdığı mina terroru davam edir. 2024-cü ildə 41 şəxs Ermənistanın mina terrorunun qurbanı olub. Onlardan 5 nəfər həlak olub, 36 nəfər isə ağır yaralanıb. Ümumilikdə isə 2020-ci ilin noyabr ayından bu günə qədər 382 şəxs mina və hərbi sursat partlayışlarının qurbanı olub. Həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

30 ilə yaxın işğal altında olan, 4 ildir ki, azadlığına qovuşmuş ərazilərdə tikinti-quruculuq işləri gedir və keçmiş qaçqın və məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar. Demək olar ki, hər gün Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın doğma yurd-yuvalarına qayıdır. Amma təəssüf ki, ərazilərimizin minalarla çirkləndirilməsi
bir problem hələ də qalmaqdadır. Bu da təbii ki, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışını, infrastruktur quruculuğunu çətinləşdirir. 30 il ərzində olduğu kimi bu gün də beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmaqdadır. Hesab edirəm ki, aidiyyəti qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana təzyiq göstərməli və azərbaycanlılara qarşı törətdilən bu cinayətlərin qarşısı qısa zamanda alınmalıdır.

- 44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı başladılan qarayaxma kampaniyası COP29 ərəfəsində daha çox artdı. Ölkəmizə qarşı başladılan təxribatların başında Fransa durur. Hazırda regionda növbəti müharibə qığılcımlarını yaratmaq üçün Ermənistanı silahlandırmağa davam edir. Fransanın regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş addımları davam edərsə Azərbaycan-Fransa arasında diplomatik əlaqələrə son qoyula bilərmi?

- 4 ildən çoxdur müharibə bitsə də Fransa bunu qəbullanmaq istəmir. Bu gün Makron özünü Fransa prezidenti kimi deyil daha çox "erməni" kimi aparır. 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə Fransa ölkəmizə qarşı açıq-aşkar qarayaxma kampaniyasına başlayıb. Fransa və bəzi təşkilatlar hələ də Dağlıq Qarabağ münaqişəsinin bitməsi gerçəkliyini, regionlarımızda sabitliyin bərpasını qəbul etmək istəmir. Məhz buna görə də müxtəlif təxribatlara və çirkin kampaniyalara əl atır.

- Sülh müqaviləsinin 2025-ci ildə bağlanılması ehtimalı böyükdür. Ermənistan faşizm ideologiyadan əl çəksə bu il sülh müqaviləsi imzalana bilərmi?

- Bu il qarşıya qoyulan əsas hədəflərdən biri də sülh müqaviləsinin imzalanmasıdır. Ötən il sülh müqaviləsi, sərhədlərin delimitasiyası layihəsi üzrə irəliləyişlər əldə etdiyimiz irələyiş tezliklə sülh müqaviləsinin imzalanması ehtimalını daha artırır. Ən önəmlisi isə delimitasiya üzrə artıq sərhədin bir qismində Qazax rayonu istiqamətində işlərin yekunlaşması, Ermənistanın işğalında olan 7 kəndindən eksklav olmayan 4 kənd Azərbaycana təhvil verilməsi sülh müqaviləsinin bu il imzalanması bunu deməyə əsas verir. Lakin Nikol Paşinyanın qeyri-müəyyən mövqeyi və Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların olması sülh və normallaşma prosesində əsas maneədir. Sülh müqaviləsinin imzalanması üçün ilk olaraq Ermənistan rəhbərliyi bu məsələləri həll etməlidir. Əks təqdirdə sülh müqaviləsinin imzalanması mümkün olmayacaq.

"4 ildən çoxdur müharibə bitsə də Fransa bunu qəbullanmaq istəmir" - MÜSAHİBƏVüsalə İbarhimli


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 1177   Tarix: 19 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan müharibəyə hazırlaşır - Vardanyandan etiraf

Paşinyan hakimiyyəti növbəti hərbi əməliyyatlara hazırlaşır və bu əməliyyatlar Ermənistan ərazisində olacaq. Bu iddia ilə "Hayastan" ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan çıxış edib. Onun fikrincə, hakimiyyət erməni ictimaiyyətini növbəti təslimiyyətə hazırlayır:. "Buna gör

18 fevral 2023
.

Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Ağdam rayonunda minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır. "İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kənd

15 iyul 2023
.

"Sahibkarlığa başlamaq üçün hansısa meyarlar tələb edilmir" - VİDEOMÜSAHİBƏ

"Sahibkarlıq sektorunda çalışdığım müddət ərzində topladığım təcrübələr və müşahidələrim onu göstərir ki, sahibkarlıq fəaliyyəti də digərləri kimi peşəkarılıq tələb edən bir sahədir. Danılmazdır ki, bu sahəyə yanaşma bir az fərqlidir. Misal üçün insanın əgər təşəbbüsü, həvəsi, müəyyən mənada maliyy

23 dekabr 2024
.

"Bəlkə bununla bağlı kitab da yazdım" - Fəxriyə Xələfova - VİDEOMÜSAHİBƏ

"Həftənin qonağı" verilişinin bu buraxılışında Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyə Xələfova qonaq olub. Veriliş zamanı onun yaradıcılıq yolu, estetik dünyagörüşü və mədəniyyətə baxışı ətrafında söhbət aparılıb. xəbər verir ki, Fəxriyə Xələfova rənglərin insan psixologiyasına təsirində

22 dekabr 2025
.

"Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməlidir" - Deputatla MÜSAHİBƏ

Milli Məclisin deputatı Səbinə Salmanovanın -a müsahibəsini təqdim edirik:. - Səbinə xanım, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanalların verdiyi müsahibədə bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı həm də qarşıdakı hədəflər barədə də geniş məlumat verib. İstərdik ilk olaraq həmi

13 yanvar 2025
.

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO. Müasir dövrdə uğurlu karyeranın sirrini şəbəkələşmədə və insanların bacarıqlarını inkişaf etdirməsində görür. Düşünür ki, dil bilikləri və savadla yanaşı, yaxşı ətraf uğurun açarıdır. Bu yolda insanı

24 sentyabr 2023
.

Ada Süleymanova: "Gülü sevən, tikanına da qatlaşmalıdır" - MÜSAHİBƏ

Bəzən insan həyatında elə bir məqam gəlir ki, bütün tərəddüdlərini və qorxularını geridə qoyaraq yeni bir başlanğıca addım atır. 29 yaşında aparıcılıq yoluna çıxmaq isə sadəcə peşə seçimi deyil, həm də cəsarətin və özünə inamın hekayəsidir. Bu gün -ın qonağı yeni televiziya siması, lakin arxasında zəngi

5 mart
.

"COP29 avtoelektrik və hibrid avtomobillərə marağın artmasına təkan oldu" - VİDEOMÜSAHİBƏ

"Bildiyimiz kimi artıq 2022-ci ildə ölkəmizdə avtoelektrik və hibrid avtomobillərə xüsusi güzəştlər tətbiq olundu. Bu güzəştlərdən sonra ekaloji təmiz nəqliyyat vasitələrinə maraq artdı". Bu sözləri AADA ictimai birliyinin icraçı direktoru Eyyub Əliyev -a müsahibəsində COP29-dan sonra ekoloj

24 yanvar 2025