Qalmaqallı "xəyanət" şousu: "Başa düşmək üçün intellekt lazımdır" - VİDEO

Qalmaqallı "xəyanət" şousu: "Başa düşmək üçün intellekt lazımdır" - VİDEOXəbər verdiyimiz kimi, "Bu şəhərdə" komandasının ötən gün baş tutan konsertindən əvvəl şou xarakterli dava baş tutub.

Ölkə.Az xəbər verir ki, zal dolu olduğu bir anda bir qadın guya konsertə başqa bir qadınla gələn əri ilə "dalaşıb". O, daha sonra digər qadının saçını yolub.

Sözügedən anın görüntülərini izləyənlər əvvəlcə bunun real olduğunu düşünsə də, daha sonra şou olduğu üzə çıxıb.

Tamaşadan əvvəl nümayiş olunan səhnəcik sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri bu şounu "mənasız" , "səviyyəsiz" və s. adlandırıblar.

Ölkə.Az yazılanlarla bağlı aktyor, "Bu şəhərdə"nin ssenaristi Müşfiq Abbasovun fikirlərini öyrənib. O, saytımıza açıqlamasında bu tipli şouların hələ çox olacağını deyərək sərt danışıb:

"Bu, adi bir fləşmob idi. Kiminsə xoşuna gəlir, kimlərsə bəyənmir, müzakirə edir və s. Dar düşüncəli bədbəxt insanlar var. Yumoru başa düşmək üçün də intellekt lazımdır. O yoxdursa, indi biz nə edək? Bədbəxtdirlər. Bizim üçün əsas odur ki, zala gələn tamaşaçıların hamısının xoşuna gəldi. Hamısı həzz aldı, ləzzət aldı. Bizim özümüzün də xoşumuza gəldi. İndidən deyirəm, inşallah qismət olsa, gələcəkdə də bunu dəfələrlə təkrar edəcəyik. Xoşuna gəlməyənlərə deyirəm ki, baxmasınlar. Getsinlər öz səviyyələrində olan şeylərə baxsınlar. Min şükür, bu dəqiqə sosial şəbəkələr doludur. Tənqid edənlərin səviyyəsində olan yumorlara uyğun ayrı-ayrı kontentlər var, doludur. Getsinlər, oturub ailəvi baxsınlar. Bizim öz tamaşaçılarımız bizə yetər. Allah bizim tamaşaçıları qorusun.

Belə də ki, fikirlər müxtəlif olmalıdır və min şükür ki, bizi müzakirə edirlər. Min şükür ki, yaxşı, pis, tərif, tənqidlə "Bu şəhərdə" 25 ildir var. İnşallah indidən sonra da bir 10 il də müzakirə etsinlər, sonra baxarıq", - deyə o söyləyib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1928   Tarix: 24 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24 sentyabr
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13 sentyabr
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20 sentyabr
.

Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...

Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ

6 sentyabr
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13 sentyabr
.

Məşhur modelyer 63 yaşını xüsusi video ilə qeyd etdi - VİDEO

Məşhur modelyer Biricik Suden 63-cü yaşını sosial media hesabında paylaşdığı xüsusi video ilə qeyd edib. xarici mediaya istinadla xəbər verir ki, Mazhar Alansonun həyat yoldaşı olan Suden videoda idman geyimində kamera qarşısına keçib. Onun enerjili hərəkətləri və formada görünüşü diqqət çəkib. Studiy

18 sentyabr
.

"Belə valideynləri qınayıram"

Xalq artisti Miri Yusif valideynlərə müraciət edib. Axşam.az xəbər verir ki, sənətçi avtomobildə azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, valideynlər uşaqlaeı sükan arxasında oturanda qorumurlar:. "Sükan arxasında olarkən azyaşlı uşaqlarını qucağında və ya dizini

7 sentyabr
.

Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v

10 sentyabr
.

Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis

21 sentyabr