Naxçıvan Hərbi Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, fevralın 24-də Naxçıvan Hərbi Kollecinin və Naxçıvan Hərbi Prokurorluğunun birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Vətənə sədaqət müqəddəsdir" və "Vətəni müdafiə hər bir vətəndaşın borcudur" mövzularında tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində kursantların tədris şəraiti və dərslərlə, kollecin kitabxanasında təşkil olunmuş kitab və jurnal sərgisi ilə tanış olublar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra vətənpərvərlik mövzusunda videoçarx nümayiş edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi hər bir vətəndaşın, xüsusilə hərbi qulluqçuların və kursant heyətinin Konstitusiya dəyərlərinə, milli suverenliyə və yüksək vətənpərvərlik ruhuna olan bağlılığını daha da möhkəmləndirəcək.
Kursantlara təhsillərində uğurlar arzulayan Samir Seyidəhmədli onların Naxçıvan Hərbi Kollecinin adını yüksək tutaraq göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edərək qeyd edib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 2 il davam edən tədris dövründə kursantların qidalanması, təhsili, sosial təminatı və asudə vaxtının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.
Naxçıvan hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov dövlət başçısının Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan Konstitusiyası ölkənin hüquqi və siyasi sisteminin təməlini təşkil edərək hüquq sisteminin bütövlüyünü və sabitliyini təmin edir.
Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov hərbi kollecin qısa zamanda böyük uğurlara imza atdığını vurğulayıb. Bildirib ki, cari tədris ilində muxtar respublikanın bütün dövlət orqanları, eləcə də media nümayəndələri ilə hərbi kollec arasında əlaqələr qurulub, birgə layihələr icra olunaraq tədbirlər keçirilib.
Sonda Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Konstitusiyamızın qəbulu, suverenliyimizin bərpasına dair tarixi xidmətlərindən bəhs edən qısametrajlı videoçarx nümayiş olunub, xatirə şəkli çəkdirilib.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü