Xocalı soyqırımı - insanlığa və bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir, vəhşilikdir
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqı tarixin ən faciəvi günlərindən birini yaşadı. Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə, Azərbaycanın Xocalı şəhərinə hücum edərək, şəhəri tamamilə məhv etdilər.
Bu qanlı gecədə yüzlərlə dinc sakin – qadınlar, uşaqlar, yaşlılar amansızcasına qətlə yetirildi. 613 nəfər öldürüldü, 63-ü uşaq, 106-sı qadın və 70-i yaşlı insan olmaqla, yüzlərlə günahsız insan həyatını itirdi, 8 ailə tamamilə məhv edildi,
487 nəfər ağır yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü.
Xalqımız növbəti dəfə erməni vəhşiliyinə məruz qaldı. Xocalı soyqırımı - insanlığa və bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir, vəhşilikdir.
Erməni vəhşiliyi ilə üzləşən Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi talan olunub, XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq ermənilər tərəfindən vəhşiliklə dağıdılıb.
Bu hadisə təkcə Azərbaycan tarixində deyil, dünya tarixində də ən qanlı soyqırımlardan biri kimi dəyərləndirilir.
Rəsmi Bakı Xocalı faciəsinin soyqırım kimi tanınması üçün beynəlxalq müstəvidə müstəsna işlər görür. "Xocalıya Ədalət" kampaniyası çərçivəsində artıq bəzi ölkələr bu hadisəni soyqırımı kimi qəbul edib.
"Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi. Hər il Fevral ayının 26-da Azərbaycan xalqı Xocalı şəhidlərini dərin hüzn və ehtiramla yad edir. Bu faciə tariximizin qanlı səhifələrindən biri kimi daim yaddaşımızdadır. Xalqımız Xocalı qurbanlarının xatirəsni hər zaman anacaqdır.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1123 Tarix: 25 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrSabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabrÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v
24 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabr