"Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir" - DEPUTAT

"Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir" - DEPUTAT"Azərbaycanla Pakistan arasında mövcud olan ikitərəfli münasibətlər dostluq, qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. İki ölkə arasında münasibətlər öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə olunur. Pakistan 1991-ci ildə Türkiyə və Ruminiyadan sonra Azərbaycanın müstəqilliyini tanıyan üçüncü dövlətdir. Pakistan əsl qardaşlıq nümayiş etdirərək Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığına görə Ermənistanı dövlət kimi tanımayıb. Azərbaycan da eyni zamanda Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyib. İki ölkə arasında tarixi bağlara əsaslanan münasibətlər ötən illər ərzində dinamik inkişaf yolu keçib, II Qarabağ müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək bu münaisbətləri qırılmaz bağlarla möhkəmləndirib. Məhz bu kontekstdə Pakistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana olan münasibət birmənalı olaraq dəyişməz qalır. Bu amil ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Pakistan Azərbaycana dəstəyini nümayiş etdirib:

"1993-cü il aprelin 30-da keçmiş Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik edib. Azərbaycan da öz növbəsində Kəşmir məsələsində hər zaman Pakistana dəstəyini birmənalı olaraq nümayiş etdirib. 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin Pakistana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına olduqca müsbət təsir edib. Ötən dövr ərzində Prezident İlham Əliyevin Prezidentliyi dövründə də Azərbaycan və Pakistan arasında bir çox sahələrdə əməkdaşlıq imkanları geniş vüsət almış, xalqlarımız arasında mədəni əlaqələr daha da möhkəmlənib".
Millət vəkili Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanda rəsmi səfərdə olmasının iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcəyini söyləyib: "Prezident İlham Əliyevin və baş nazir Məhəmməd Şahbaz Şərfin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyi o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat-kommunikasiya, müdafiə və müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub." Prezident İlham Əliyev Azərbaycan-Pakistan biznes-forumunda çıxışında Azərbaycanın Pakistana sərmayə yatırması ilə əlaqədar deyib: "Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu səhər də keçirdiyimiz görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə mən müvafiq təlimatlar verdim ki, onlar tezliklə Pakistana səfər etsinlər. Biz belə bir qərara gəldik ki, bir ay ərzində bütün bu işlərlə bağlı razılıqlar əldə olunsun. Ümid edirəm ki, Novruz bayramından sonra, - o, mart ayının sonuna təsadüf edir, - biz artıq əhəmiyyətli nailiyyətlər görəcəyik". Onu da qeyd etmək lazımdır ki, fevral ayının 24-də Bakıda imzalanan və qarşılıqlı əməkdaşlığın mühüm istiqamətlərini əhatə edən 12 adda sənəd iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələdir".

Tamam Cəfərova hesab edir ki, Azərbaycanla Pakistan arasında əməkdaşlıq əlaqələrində qarşılıqlı anlaşma hökm sürür: "İstər ikitərəfli, istərsə də çoxtərəfli məsələlərdə iki ölkənin mövqeləri üst-üstə düşür. Bu isə iki ölkənin beynəlxalq münaisbətlər sistemində bir-birinin mövqeyini müdafiə etməsi və gələcəyə birgə addımlaması baxımından olduqca mühüm amildir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1279   Tarix: 26 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr