Bakıda motosikletlərin düşdüyü dəhşətli qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
"Bir sürücünün məsuliyyətsizliyi, qaydalara əməl etməməyi ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə, yollarda sıxlıqların yaranmasına səbəb olur".
Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
O bildirib ki, xüsusilə də işıqforun qırmızı işığından keçən bəzi sürücülərin bir-iki saniyə irəli düşmək istəyi özlərinin və digər hərəkət iştirakçılarının həyatına risk yaradır:
"Bakıda müxtəlif vaxtlarda baş verən bu qəzalara diqqət yetirdikdə görürük ki, istər minik avtomobilinin, istərsə də motosikletin sürücüsü svetoforun qadağanedici siqnalını heçə sayır və yolu gəldiyi sürətlə də keçir.
İşıqforun qırmızı işığından keçməyin təhlükəli olması, bunun acı nəticələri ilə bağlı bir neçə dəfə videoməlumat paylaşmışıq. Ancaq təəssüflər olsun ki, bəzi sürücülər nədənsə işıqforların qırmızı işığından keçməyin nə qədər təhlükəli olduğunun fərqində deyillər".
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq diqqətə çatdırırıq ki, işıqforun qırmızı işığından keçmək ağır fəsadlara səbəb ola bilər. Buna görə də işıqfora yaxınlaşdıqda sürəti azaltmalı, lazım olan təhlükəsizlik tədbirləri görməli və siqnalların tələblərinə riayət olunmalıdır", - deyə məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1187 Tarix: 04 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabrNamiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz
23 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrAzərbaycana payız gəldi
Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi
23 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabr