"İstənilən adamın telefonuna girə bilərdik" - DTX-nin həbs etdiyi kibercinayətkar

"İstənilən adamın telefonuna girə bilərdik" - DTX-nin həbs etdiyi kibercinayətkarAzərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolmada və digər kibercinayətlərdə təqsirləndirilən "Zeromap" MMC-nin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

İttiham aktına əsasən , "Zeromap" MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə fiziki və hüquqi şəxslərin mobil telefonlarına və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən casus proqramları əldə edib tətbiqə daxil olub.

Bundan başqa Tural Əliyev ABŞ və İsrail şirkətlərinə məxsus hamıya açıq olmayan məlumatlara giriş edərək kiberhücumlar təşkil edib.

Tural Əliyevə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.

Tural Əliyev ittihama münasibət bildirərək özünü qismən təqsirli bilib.

Məhkəmə ona sərbəst ifadə verməyi təklif edib.

Tural Əliyev qeyd edib ki, orta təhsilli olsa da, kompüter təminatı və proqramlaşdırma sahəsini akademik səviyyədə bilir:

"Əsasan audit işləri ilə məşğul olmuşam. Müəyyən proqramlar yaradaraq dövlətyönlü işlərdə istifadə olunmasını istəyirdim. Düşünürdüm ki, bu cür proqamları xarici ölkələrdən almaq əvəzinə özümüz yaradıb, yerli brend kimi istifadə edək".

Təqsirləndirilən şəxs hazırladığı proqramın imkanlarından danışıb:

"Yaratdığım proqram vasitəsilə istənilən fiziki və hüquqi şəxsin mobil telefonuna daxil olub, zəngləri və "whatsapp"dakı yazışmaları görmək mümkün idi. Casus olan proqramı test üçün öz mobil telefonuma yönəltmişəm. Həmin proqramı yalnız MBD ölkələri üçün bağlamışam. Rusiya, Azərbaycan üçün bu proqrama daxil olmaq olmur. Olan kimi sistem özünü məhv edirdi. Yaratdığım proqramlarla istənilən şəxsin telefonuna daxil olmaq olurdu. Bunun bir neçə yolu vardı. Həmin şəxsə zəng edəndə telefonu götürürdüsə, artıq telefona daxil olunurdu. Və yaxud sosial şəbəkələrdə bir foto göndərirsən, həmin fotonu açırsansa, o zaman telefona daxil olunurdu. Yenə də deyirəm ki, mən bunu yalnız öz telefonumda test etmişəm.".

Təqsirləndirilən şəxs qeyd edib ki, peşəkar haker sistemləri qurub, özünün yaratdığı casus proqramlarından istifadə edib: "Mən ABŞ-yə aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. ABŞ saytına girməkdə məqsədim sistemi yoxlamaq olub. Yalnız özümü tanıtmaq istəyirdim. Müdaxilələr qanunsuz olub. Daha sonra İsraildə yerləşən Belarusiyanın şirkətinin proqramına daxil olmuşam. Burada hər hansı bir gəlir olmayıb. Sadəcə öz yaratdığım sistemin nəyə qadir olduğunu bilmək istəyirdim. Çünki bu çox böyük maliyyə idi. Burada maddi xeyirdən çox nüfuzumu və özümü dünyaya tanıtmaq istəyirdim. Müəyyən kodları əldə etmişdim".

Tural Əliyev qeyd edib ki, yaratdığı həmin proqramları dövlət orqanlarına vermək niyyəti olub: "Həmin proqramlar sınaqdan keçirilməli idi. Çünki kiməsə təqdim edəndə sınaqdan keçməyən proqramı qəbul etmir. Bu məqsədlə də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam. Amma heç bir əməliyyat keçirməmişəm. Mən "Facebook", "Google" və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam.".

Növbəti proses martın 18-də keçiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3413   Tarix: 05 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr