Azərbaycanın D-8-ə üzvlüyünün vəd etdiyi perspektivlər ŞƏRH

Azərbaycanın D-8-ə üzvlüyünün vəd etdiyi perspektivlər ŞƏRHMisirin paytaxtı Qahirədə keçirilən inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsi ölkəmizin beynəlxalq diplomatik uğurlarına yeni bir səhifə açdı. Bu hadisə Azərbaycanın müstəqillik tarixində əlamətdar bir an olaraq, ölkəmizin artan nüfuzunu və dünya ictimaiyyətindəki yerini bir daha təsdiqləyib.

Bu fikri açıqlamasında Sonxeber.az-A danışan Milli Məclisin deputatı Şahin Seyidzadə söyləyib.

O qeyd edib ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 1996-cı ildə Türkiyənin təşəbbüsü ilə yaradılıb və Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan kimi ölkələri birləşdirir. Təşkilatın yaradılmasının məqsədi üzv ölkələr arasında iqtisadi əlaqələri inkişaf etdirmək, ticarət və investisiyaları artırmaq, eyni zamanda, siyasi və mədəni əməkdaşlıq sahələrində dəstəyi gücləndirməkdir.

Deputatın sözlərinə görə, Azərbaycanın D-8-ə üzv olması təşkilatın yarandığı gündən etibarən sıralarının ilk dəfə genişlənməsi kimi əlamətdar bir hadisədir. Bu, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirir və dünya ölkələri ilə əlaqələrinin yeni bir mərhələyə keçməsinə imkan yaradır.
"D-8 üç qitəni əhatə edən və 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə sahib bir təşkilatdır. 130 milyard dollar ticarət dövriyyəsi həyata keçirən bu təşkilat, üzvlərinin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edir və böyük iqtisadi potensiala malikdir. Azərbaycanın bu təşkilata daxil olması ölkəmizin artan beynəlxalq nüfuzunun və dünya səhnəsindəki mövqeyinin bariz nümunəsidir", - deyən Şahin Seyidzadə hesab edib ki, Azərbaycanın D-8 üzvü seçilməsi həm də Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin nəticəsidir. Bu qərar, həmçinin Azərbaycanın sürətlə inkişaf edən, yüksək iqtisadi göstəricilərə malik və beynəlxalq ictimaiyyətin rəğbətini qazanan bir dövlət olduğunu bir daha göstərir.

Deputat vurğulayıb ki, əhalisinin rifahı və dövlətin inkişafı naminə yüksək iqtisadi göstəricilərə nail olmuş Azərbaycan davamlı ictimai-siyasi sabitliyi ilə beynəlxalq arenada diqqət çəkən bir ölkədir. D-8 çərçivəsində bu mövqeyin daha da möhkəmlənməsi və əməkdaşlığın dərinləşdirilməsi gözlənilir. Azərbaycan D-8 təşkilatının təməl prinsiplərinə uyğun olaraq, beynəlxalq hüququn norma və prinsiplərini qorumaq və təşkilat çərçivəsində əməkdaşlığı daha da inkişaf etdirməkdə mühüm rol oynayacaq. Bu, Azərbaycanın müstəqil və praqmatik xarici siyasətinin məntiqi nəticəsidir.
"Təşkilata üzv olan digər ölkələrlə Azərbaycan arasında geniş ticari və iqtisadi əlaqələrin qurulması, regionda sabitliyin və təhlükəsizliyin artırılması, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərinin inkişafı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və strateji tranzit məntəqələri onu D-8 üçün əvəzolunmaz tərəfdaşa çevirir. Ölkəmizin üzvlüyü D-8 təşkilatının beynəlxalq təsirini gücləndirəcək və təşkilatın iqtisadi imkanlarının genişlənməsinə təkan verəcək. Eyni zamanda, Azərbaycanın inkişaf etmiş nəqliyyat infrastrukturu və regional mərkəz kimi mövqeyi təşkilatın daha da möhkəmlənməsinə böyük təsir göstərəcək", - deyə Şahin Seyidzadə bildirib.

Onun fikrincə, Azərbaycanın D-8-ə üzv olması yalnız iqtisadi əməkdaşlığı deyil, həm də İslam dünyasında həmrəyliyin gücləndirilməsini təmin edəcək. Tarix boyunca Şərq ilə Qərb arasında körpü rolu oynamış Azərbaycan İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biridir. Bu üzvlük İslam dəyərlərinin təbliği, islamofobiya ilə mübarizə və İslam həmrəyliyinin möhkəmlənməsi istiqamətində mühüm bir addım olacaq.
Ş.Seyidzadə əlavə edib ki, Milli Məclisdə "İnkişaf etməkdə olan səkkiz ölkənin iqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi"nə qoşulmaq haqqında Azərbaycan Respublikası Qanunun layihəsinə bu gün baxılmışdır.
"Azərbaycanın D-8-ə üzv seçilməsi, ölkəmizin beynəlxalq arenada mövqeyinin güclənməsi və təşkilat çərçivəsindəki əlaqələrin inkişafı baxımından əhəmiyyətli bir hadisədir. Bu addım Azərbaycanın xarici siyasətinin qətiyyətli və uğurlu olduğunun göstəricisidir və ölkəmizin gələcək inkişafına böyük töhfə verəcək. D-8 çərçivəsində iqtisadi və siyasi əməkdaşlığın daha da dərinləşdirilməsi, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirəcək və ölkəmiz üçün yeni imkanlar yaradacaq", - deyən deputat fikirlərini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1048   Tarix: 07 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr