"Bizim xanımlar beynəlxalq müstəvidə də kifayət qədər fəaldılar" - DEPUTAT

"Bizim xanımlar beynəlxalq müstəvidə də kifayət qədər fəaldılar" - DEPUTAT"Azərbaycan qadınlarının ölkənin tarixində hər zaman böyük rolu olub. Kifayət qədər böyük nüfuza malik zümrənin təmsilçiləri olaraq, hətta, ta qədim dövrlərdən Azərbaycanda dövlətin idarə edilməsində qadınların iştiraknı görürük. Azərbaycan qadının bu kimi fəal və tarixi köklərə söykənən siyasi fəaliyyəti sonrakı mərhlədə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması zamanı ilk demokratik cəmiyyətin şərqdə qurulması, məhz Azərbaycana təsadüf etməsi, eyni zamanda qadınlara seçki hüququnun verilməsi bərqərar olundu. 1919-cu ildə isə daha da oturuşmuş şəkildə həyata keçirilməyə başladı. Bu bir daha göstərdi ki, Azərbaycan cəmiyyətində qadınların hər zaman xüsusi rolu var".

Bu sözləri Milli Məclisin deputatı Azər Allahverənov Sonxeber.az-a müsahibəsində qeyd edib.

O, bildirib ki, cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada qadınların iştirakını görməyək:

"Qadınlarımız ictimai-siyasi proseslərdə kifayət qədər fəaldılar. Cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada qadınların iştirakını görməyək. Elə jurnalistika sahəsinin özündə də bu gün kifayət qədər qadınlar fəaliyyət göstərir. Bu da təbii ki, çox təqdirə layiq bir haldır. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, bizim xanımlar beynəlxalq müstəvidə də kifayət qədər fəaldılar. Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı da onu qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva fondun prezidenti olaraq çox böyük və məhsuldar fəaliyyət həyata keçirdir. Bu çoxşaxəli fəaliyyət ölkənin hüdudları daxilində insanların, xüsusilə də aztəminatlı insanların qayğıya, dəstəyə ehtiyacı olan şəxslərin hüquqlarının təmin olunması onlar üçün zəruri şərayitin yaradılması istiqamətində böyük işlər həyata keçirdir. Eyni zamanda, bilavasitə Mehriban xanımın rəhbərliyi altında beynəlxalq müstəvidə də çoxsaylı layihələr həyata keçirilməkdədir. Ölkənin gender siyasəti ilə bağlı mövcud olan prioritetləri və onların icrasının bariz təsdiqini biz həm də Heydər Əliyev Fondunun fəaliyyətində görə bilirik. Eyni zamanda ictimai-siyasi mühitdə bizim Azərbaycan xanımlarının iştirakında, xüsusilə də bu məsələ öz təsdiqini tapır və bu siyasət daha da dərinləşməkdədir. Bu olduqca vacib və təqdirəlayiq bir haldır".

Müsahibənin davamı:

Vüslə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 1475   Tarix: 07 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Pulmonologiya tənəffüs sistemi xəstəlikləri ilə məşğul olan tibb sahəsidir" - Aynur Məmmədova - VİDEOMÜSAHİBƏ

"Pulmonologiya tənəffüs sistemi xəstəlikləri ilə məşğul olan tibb sahəsidir. Tənəffüs sistemi dediyimizdə də təbii ki, ağciyərlərimiz və bronxlarımız nəzərdə tutulur". Bu fikirləri -a müsahibəsində Uzman Pulmonoloq Aynur Məmmədova danışıb. "Tənəffüs sistemi xəstəliklərinə də əlbəttə dah

18 mart 2025
.

"Fransanın bu kimi davranışları regionun sülh danışıqlarına ciddi ziyan vurur" - VİDEOMÜSAHİBƏ

"Fransanın Azərbaycana qarşı həyata keçirdiyi siyasət Vətən müharibəsindən sonra ildən-ilə aqressiv hal alıb. Fransa daim həm Avropa İttifaqı, həm ATƏT, həm də BMT-yə təzyiqlər göstərməyə çalışır ki, Azərbaycan əleyhinə qətnamələr qəbul etsin. Digər tərəfdən isə daha çox Ermənistanın silahlanmasına

28 fevral 2025
.

Nevroloq Röyanə Quluzadə: "Şəhər həyatı stress və nevroz riskini artırır" - VİDEOMÜSAHİBƏ

"Stress, nevroz, gərginlik və bu kimi psixoloji problemlər əsasən şəhər həyat tərzi sürən insanlarda daha çox müşahidə olunur. Urban mühitdə yaşayan şəxslər kənd yerlərində yaşayan insanlarla müqayisədə stressə daha çox məruz qalırlar". Bu sözləri -a müsahibəsində nevroloq Röyanə Quluzadə danışıb

18 dekabr 2025
.

Bir qaşığı da bəs edir - Alimlərin "tanınmayan möcüzə" dediyi super qida

Elm adamları uzun müddət diqqətdən kənarda qalan bu tərəvəzin əslində sağlamlıq üçün əvəzolunmaz olduğunu açıqlayıblar. Mütəxəssislərə görə o, təkcə immunitet sistemini gücləndirmir, həm də xolesterini aşağı salır və bağırsaqları təbii şəkildə bərpa edir. xəbər verir ki, söhbət rəngi ilə diqqət çəkə

25 oktyabr 2025
.

Trampın yeni qərarı "buzu qırdı": "Silah gücü" sülh yaradacaqmı?

Bu günlərdə dünya ictimaiyyəti bir daha "Silahın gücü"nün siyasi arenada, cəbhənin qaynar nöqtələrində baxışları və nəticələri necə dəyişdiyinin şahidi olur. Tramp Administrasiyasında bir ilk - "Silah gücü" sülh yaradacaqmı?. Söhbət ABŞ Prezidenti Donald Tramp Administrasiyasını

19 sentyabr 2025
.

Eyyub Əliyev: "Köhnə avtomobillərin utilizasiyası könüllülük prinsipi ilə olacaq"-VİDEOMÜSAHİBƏ

"Utilizasiya əsasən yaşı 20-30 dan yuxarı olan avtomobillərə şamil olunacaq. Ölkəmizin avtomobil parkının 8 faizindən çoxu yaşı 40-dan çox olan avtomobillərdir. Həmin avtomobillər həm büdcəmizə, həm ekologiyamıza ziyandır. Köhnə avtomobillərin utilizasiyası könüllülük prinsipi ilə olacaq. Yəni məcbur

9 dekabr 2023
.

"Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməlidir" - Deputatla MÜSAHİBƏ

Milli Məclisin deputatı Səbinə Salmanovanın -a müsahibəsini təqdim edirik:. - Səbinə xanım, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanalların verdiyi müsahibədə bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı həm də qarşıdakı hədəflər barədə də geniş məlumat verib. İstərdik ilk olaraq həmi

13 yanvar 2025
.

Paşinyan müharibəyə hazırlaşır - Vardanyandan etiraf

Paşinyan hakimiyyəti növbəti hərbi əməliyyatlara hazırlaşır və bu əməliyyatlar Ermənistan ərazisində olacaq. Bu iddia ilə "Hayastan" ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan çıxış edib. Onun fikrincə, hakimiyyət erməni ictimaiyyətini növbəti təslimiyyətə hazırlayır:. "Buna gör

18 fevral 2023
.

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO. Müasir dövrdə uğurlu karyeranın sirrini şəbəkələşmədə və insanların bacarıqlarını inkişaf etdirməsində görür. Düşünür ki, dil bilikləri və savadla yanaşı, yaxşı ətraf uğurun açarıdır. Bu yolda insanı

24 sentyabr 2023