Müavinət, təqaüd və maaşlarla bağlı SEVİNDİRİCİ XƏBƏR
Azərbaycanda pensiyaların artırılmasından sonra bir sıra sosial ödənişlərdə də artımların olacağı gözlənilir.
BAKU.WS-in məlumatına görə, söhbət xüsusilə müxtəlif kateqoriyalara aid təqaüdlər, müavinətlər və təhsil işçilərinin əmək haqlarından gedir.
Hökumət pensiya islahatlarının davamı olaraq digər sosial təminat vasitələrinin də artırılması istiqamətində müvafiq addımlar atacaq. Bu çərçivədə aztəminatlı vətəndaşlara verilən müavinətlərin məbləğinin yüksəldilməsi, eyni zamanda, təhsil sektorunda çalışan işçilərin maaşlarının artırılması prioritet istiqamətlərdən olacaq.
Mart ayının ikinci yarısında Azərbaycan hökuməti tərəfindən sosial təminat sahəsində mühüm addımların atılması gözlənilir. Nazirlər Kabineti tərəfindən müxtəlif müavinət və təqaüdlərin artırılması ilə bağlı genişmiqyaslı təkliflər hazırlanaraq dövlət başçısına təqdim ediləcək.
İqtisadçi ekspert Rəşad Həsənov BAKU.WS-ə açıqlamasında bildirib ki, 2025-ci ilin büdcə sənədi təqdim edilərkən müvafiq məqsədlərlə bağlı xərclər nəzərdə tutulub:
"Eyni zamanda, hökumətin ən ali səviyyəsində bu istiqamətdə qərarların qəbul edilməsi və yeni sosial paketlərin açıqlanması ilə əlaqədar mesajlar verilib. Hazırda görünən budur ki, hökumət bu istiqamətdə həm qiymətləndirmələr aparır, həm də mövcud inflyasiya təzyiqləri fonunda çalışır ki, yaradacağı effektləri müəyyən qədər minimizə etsin. Buna görə də müəyyən gecikmələr müşahidə olunur.
Ehtimal olunur ki, ikinci rübün əvvəlindən bu qərarlar qüvvəyə minə bilər. Bu istiqamətdə müəyyən addımlar atıla bilər. Təxminən hər üç istiqamətdə 15 faiz ətrafında artımlar olması ehtimalı yüksəkdir. Xüsusilə də müavinətlər və təqaüdlər kifayət qədər çox istiqamətlidir. Buna görə də fərqli differensiallaşdırılmış bir mövqe ortaya qoyulacağı ehtimalı var.
Çünki biz minimum əmək haqqının büdcə təşkilatlarında çalışanların əmək haqqına təsirinin yenidən qiymətləndirilməsi zamanı Nazirlər Kabineti reqressiv bir yanaşma ortaya qoydu. Az gəliri olanlara münasibətdə gəlirin daha çox artırılması, yüksək gəliri olanlara münasibətdə əmək haqqının nisbətən daha aşağı faizlə artırılması müşahidə olundu.
Bu da gəlirlərin ədalətli bölüşdürülməsi istiqamətində təşəbbüslərə müəyyən qədər töhfə verə bilər və eyni zamanda müvafiq strategiyanın növbəti mərhələdə açıqlanan sosial paketlərdə də öz əksini tapacağı ehtimalları hazırda yüksək görünməkdədir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI