Viza dəstəyini necə almalıyıq ki, aldanmayaq? - AÇIQLAMA
"Bu mövzu çox aktualdır. Viza alarkən diqqət etməli məqam odur ki, ümumiyyətlə, çalışmaq lazımdır ki, səfirliklərin rəsmi saytlarından məlumatları götürsünlər. Tələb olunan sənədləri vəs. doğru şəkildə hazırlaya bilsinlər. Çünki, bəzən, sosial şəbəklərdə hansısa şirkətlər olur ki, tez bir zamanda vizanın verilməsi, sərhədsiz viza vəs. bu kimi ifadələrlə özlərini reklam edirlər. Sonra isə ödəniş tələb edə bilərlər, ümumiyyətlə, bu xidməti göstərən araçı şirkət varsa, bu şirkətin özünün lisenziyası, rəsmi saytı, onun haqqında olan şərhləri araşdırmaqda fayda var".
Bunu Sonxeber.az-a turizm eksperti Ceyhun Aşurov danışıb.
O, açıqlamasında qeyd edib ki, hansı ölkənin vizası alınacaqsa, o ölkənin rəsmi məlumatlarının doğruluğunu diqqətə almaq lazımdır:
"Çünki, tez bir zamanda və yaxud da sizin rəsmi sənədlərinizi tələb edən, öncədən ödəniş istəyən, amma qarşılığında heç bir qəbz verə bilməyən şirkətlər şüphəli ola bilər. Bu xidmətləri peşəkar şirkətlər də həyata keçirdirlər. Bu zaman şirkətin özünün ən azından ofisi olmalıdır. Müəyyən səndələri yerli-yerində olmalı və ödəniş edərkən mütləq qaydada qəbz verməlidir. Hətta, bu viza xidmətini göstərən, bəzən, dələduz saytlar da ola bilər ki, bu saytlara aldanıb hər hansı bir onlayın ödəniş tələb edə bilərlər. Mütləq bunun rəsmi sayt olduğu, hansı ölkənin vizası alınacaqsa, o ölkənin rəsmi məlumatlarının doğruluğunu diqqətə almaq lazımdır. Adətən, bu cür, sənədlər haqqında məlumatlar səfirliyin öz saytında olur və bu prosedura uyğun hərəkət edilməlidir. Burada əsas məsələ dələduzluqla pulun əldə olunmasıdır. Buna görə də ödəniş məsələsinə diqqət etmək gərəkdir. Arada hər hansı sövdələşmə, rəsmi müqavilə olmadan hər hansı ödəniş həyata keçirtməmək lazımdır. Onlayın ödənişlərdən isə ümumiyyətlə, çəkinmək lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 936 Tarix: 11 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir
Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela
23 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabr