AZAL sərnişinlərin rahatlığını artırmaq üçün yeni onlayn xidmətlər təqdim edir
Azərbaycanın milli aviadaşıyıcısı AZAL xidmət keyfiyyətini daha da artırmaq məqsədilə yeni onlayn xidmətlər təqdim etməyə davam edir. "GetTransfer", "Airalo" və "Booking" platformaları ilə əməkdaşlıq çərçivəsində aviaşirkət müştərilərinə əlavə imkanlar yaradır.
AZAL sərnişinlərinə təqdim olunan yeniliklərdən biri "GetTransfer" platformasıdır. Bu xidmət vasitəsilə sərnişinlər səfər etdikləri ölkədən asılı olmayaraq hava limanından transferi öncədən sifariş edə bilərlər. Bu, səyahət rahatlığını artırmağa və vaxt itkisini minimuma endirməyə imkan verir.
Bundan əlavə, aviaşirkət "Airalo" platformasının eSIM xidmətini də istifadəyə təqdim edir. Bu yenilik sərnişinlərə fiziki SIM-karta ehtiyac olmadan dünyanın istənilən yerində əlaqədə olmağa imkan yaradır. Beləliklə, yüksək rouminq xərclərindən azad olaraq yerli mobil operator axtarmaq zərurəti aradan qalxır.
AZAL həmçinin "Booking" platforması ilə əməkdaşlıq çərçivəsində sərnişinlərə hotel rezervasiyası xidmətini təklif edir. Bu yenilik sayəsində sərnişinlər yalnız uçuş biletlərini deyil, eyni zamanda səyahət müddətində qalacaq məkanlarını da əvvəlcədən planlaşdıra bilərlər.
Qeyd edək ki, AZAL-ın rəsmi www.azal.az saytında və mobil tətbiqində də yer almış xüsusi keçidlər vasitəsilə sözügedən xidmətlərdən faydalanan sərnişinlər üçün özəl kampaniyalar və endirimlər nəzərdə tutulub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 618 Tarix: 13 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramazanda fitrə pulu nə qədər olacaq? - MƏBLƏĞ
Mərhəmət, paylaşmaq və mənəvi saflaşma ayı olan Ramazan fevralın 19-dan etibarən başlayır. Ramazan ayı təkcə oruc ibadəti ilə deyil, eyni zamanda ehtiyacı olanlara yardım etmək, iftar süfrələri açmaq və xeyriyyəçilik ənənələrinin gücləndiyi bir dövr kimi yadda qalır. Bu baxımdan, oruc ibadətinin ayrılma
15 yanvar"Atamın qocalar evinə yerləşdirilməsi ilə bağlı xəbər doğru deyil"
"Atam şərəfli bir ömür yaşayıb. Tərtərdə, Şuşada, Qarabağın digər bir çox ərazilərində döyüşüb". xəbər verir ki, bunu -a açıqlamasında Milli Qəhrəman Şahin Tağıyevin qızı Nigar Tağıyeva deyib. Onun sözlərinə görə, atası 2002-ci ildən İsveçdə yaşayırdı və işləmirdi: "Xəstə idi, iki ildi
16 yanvarBakının bu ərazilərində heç vaxt kanalizasiya olmayıb
Hazırda kanalizasiya sistemi olmayan ərazilər Bakı ətrafı kənd və qəsəbələri, Abşeron rayonunun coğrafi baxımdan ucqar olan və fərdi yaşayış üçün nəzərdə tutulmayan məskənlərini, o cümlədən, Maştağa, Ramana, Binə, Qala, Zirə, Türkan, Dübəndi, Gürgan, Hövsan qəsəbələrini əhatə edir. Bu barədə Trend-i
16 yanvarİş adamı Əliabbas Şıxəliyev vəfat etdi
Tanınmış iş adamı, "Sabirabad Konserv" ASC-nin rəhbəri Əliabbas Şıxəliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 76 yaşlı sahibkar Bakıda uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. O, bu gün Sabirabad rayonunda dəfn ediləcək. Mərhumun üç mərasimi Sabirabadda keçiriləcək. Qey
15 yanvarKörpələr evinin müdirinə xəsarət yetirildi
Tovuzda qadına kəcisi alətlə xəsarət yetirilib. APA-nın məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Xəsarət alan şəxsin kənddəki Körpələr evinin müdiri 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olduğu bildirilir. İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəcisi alətlə xəsarə
16 yanvar