Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?"Odlar Yurdu" Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı hesab edilən "Muğanbank" Açıq Səhmdar Cəmiyyəti (ASC) külli miqdarda vergi borcu var.

Qaynarinfo-nun məlumatına görə, hazırda bankın vergi borcu 607 723,34 manat təşkil edir.

"Muğanbank" ASC 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 137 500 000 manatdır. Bankın qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur. Bankı sahibi kimi isə Əhməd Vəliyev tanınır. "Muğanbank" ASC-nin səhm paketi 2022-ci ilin sonuna qədər aşağıdakı kimi bölünüb:

Elmir Mehdiyev - 67,74%
Maqbet Mehdiyev - 11,58%
Vəfa Vəliyeva - 10,65%
Fəridə Mehdiyeva - 10,03%.

Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva qızı, Maqbet Mehdiyevlə Fəridə Mehdiyeva isə qudalarıdır.

2022-ci ilin sonundan etibarən isə bankın səhmdarları aşağıdakı şəxslərdir:

Vəliyev Samir – 40%
Vəliyev Munir- 40%
Mehtiyeva Fəridə – 10,8928%
Vəliyeva Vəfa – 8,3254%
Mehdiyev Elmir – 0,7818%.

Samir və Munir Vəliyevlər Əhməd Vəliyevin övladalrıdır.

Göründüyü kimi 2022-ci ildən sonra bank demək olar ki, tam şəkildə Əhməd Vəliyevin nəzarətinə keçib.

2023-cü ildə isə bankın lisenziyası ləğv edilib. "Muğanbank" ASC hazırda ləğv prosesindədir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1436   Tarix: 13 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr