"Trampa bataqlığın qurudulmasında uğurlar" - ABŞ-də baş verənləri maraqla izləyirik

"Trampa bataqlığın qurudulmasında uğurlar" - ABŞ-də baş verənləri maraqla izləyirikBakı növbəti Qlobal Foruma ev sahibliyi edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan Forum "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" kimi çox aktual bir mövzuya həsr olunub. Qeyd edək ki, budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Foruma maraq ildən-ilə artır

İldən-ilə əhatə dairəsini genişləndirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Bakıda təşkil olunan, dünya üçün çox aktual məsələlərin müzakirə edildiyi tədbirlərə maraq da artmaqdadır. Bu tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, aparıcı beyin mərkəzləri və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı qarşıya qoyulan hədəflərə çatmaq yollarının tapılmasında mühüm əhəmiyyət daşıyır. Bu gün kataklizmlərlə çalxalanan beynəlxalq aləmdə bu problemlərdən çıxış yollarının tapılması ən ümdə vəzifə kimi ön planda tutulur. Təbii ki, Bakının bu məsələdə öncül yerlərdən birinə sahib olması onun COP29, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlara sədrliyi ilə mütənasiblik təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin Forumda bir çox aktual mövzulara həsr olunan çıxışı isə həm ölkəmiz, həm də bölgəmizlə bağlı bir çox reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında müstəsna əhəmiyyətə malikdir.

Pan-Avropa enerji təchizatçısı

Prezident İlham Əliyev Forumda çıxışı zamanı bir çox məqamlara toxunub. Dövlət başçısı COP29 və Azərbaycanın enerji siyasətinə dünyada olan münasibəti açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda COP29-u təşkil etmək qərarı ölkəmizin öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir. "Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır", - Prezident bildirib. Qeyd edib ki, bir ölkə üçün təkcə enerji sərvətlərinin olması kifayət deyil. Gərək dövlət qonşuları, onların qonşuları ilə yaxşı münasibətdə olsun ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə bilsin.

"Bəli, cənab" deməyən ölkə

COP29-a qarşı aparılan kampaniyaya toxunan dövlət başçısı bildirib ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu:

"Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, bizi qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi".

Dövlət başçısı qeyd edib ki, bütün bunlar iki mərkəzdən qaynaqlanırdı. Birincisi, ABŞ-nin Dövlət Departamenti, digəri isə Fransa prezidentinin ofisi.

"Onlar o faktla razılaşa bilmirdilər ki, burada - Qafqazda öz milli maraqlarını güdən, yəni böyük boslar qarşısında hər zaman "bəli, cənab" deməyən ölkə var", - Prezident bildirib.

Ermənistanın yeni ağası

Azərbaycan Prezidenti bölgədə sülh danışıqlarına maneə yaradan təşkilatlar və mərkəzlər haqqında da forum iştirakçılarını məlumatlandırıb. Onun sözlərinə görə, Donald Trampın qələbəsinə qədər Ermənistanın ağaları Dövlət Departamenti, USAID idisə, indi Brüsseldir:

"Məhz indi ciddi problemlərlə üzləşən Menendes kimi rüşvətxor Amerika siyasətçiləri idi. Menendes siyahıda hələ sonuncu deyil. Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki, erməni pulunu ciblərinə qoyurlar. Mən onların adını çəkə bilərəm, adları məlumdur: cənab Adam Şif, cənab Frenk Pallone, xanım Nensi Pelosi və bir çox digərləri var. Onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar. Beləliklə, biz Prezident Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu, asan deyil. Lakin edilməlidir. Həmçinin, biz USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsinə hazırıq. Onlar insanlara necə rüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necə istifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarını necə pozurdular?! İndi məsuliyyətli olmaq vaxtı yetişib. Biz əlimizdə olan bütün informasiyanı təqdim etməyə hazırıq".

"ABŞ-Azərbaycan münasibətlərini uçurumdan tam xilas etdik"

Prezident Bakı-Vaşinqton münasibətlərinə də toxunub. Bildirib ki, Azərbaycan hazırda ABŞ-də baş verənləri maraqla izləyir:

"Səbəb çox sadədir. Çünki cənab Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Biz hər zaman ABŞ-nin çox etibarlı, yaxın tərəfdaşı olmuşuq. Biz onlara lazım olanda onlarla idik. Biz onlara İraqda lazım olanda, qoşunla onlarla idik. Biz onlara Əfqanıstanda lazım olanda, 2001-ci ildə Əfqanıstanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən idik və oradan sonuncu çıxdıq. Lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər. Xatırlayıram ki, bu, Azərbaycanda böyük məyusluq yaratdı. Mən onların bəzi nümayəndələrinə söylədim ki, biz sizə necə inana bilərik? Biz sizə lazım olanda sanksiyanı dayandırırsınız. Biz sizə artıq lazım olmayanda, sanksiyanı yenidən tətbiq edirsiniz. Onda uzunmüddətli münasibətləri sizinlə necə qura bilərik?"

Prezident əlavə edib ki, Dövlət Departamentinin bütün səylərinə baxmayaraq, ABŞ-Azərbaycan münasibətləri uçurumdan tam xilas edilib:

"Ümid edirik ki, yeni administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracağıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 785   Tarix: 15 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr