Səhvən hökumətin mesaj qrupuna salınan jurnalist məxfi məlumatları gördü

Səhvən hökumətin mesaj qrupuna salınan jurnalist məxfi məlumatları gördüABŞ-də jurnalistin səhvən yüksəkvəzifəli şəxslərin olduğu qrupa əlavə edilməsi ölkədə qalmaqal yaradıb.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu hadisə hazırda Amerika mətbuatının əsas müzakirə mövzusudur. Belə ki, "The Atlantic" jurnalının baş redaktoru Cefri Qoldberq ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts tərəfindən Yəməndə husilərə qarşı çox məxfi hərbi əməliyyatları müzakirə etmək üçün yaradılan çata əlavə edilib.

C.Qoldberq məsələ haqda özü danışıb: "ABŞ milli təhlükəsizlik rəhbərləri məni Yəmənə endiriləcək hərbi zərbələrlə bağlı qrup söhbətinə daxil etdilər. Bunun real ola biləcəyini düşünmürdüm. Sonra oraya bombalar düşməyə başladı".

O bildirib ki, martın 15-i ABŞ Yəməndə husi hədəflərini bombalayıb, lakin Qoldberq hadisədən təxminən 2 saat əvvəl artıq bunun olacağını bilirmiş: "Bunu bilməyimin səbəbi o idi ki, ABŞ müdafiə naziri Pit Heqset mənə saat 11:44-də müharibə planını mesajla göndərmişdi. Plana silah paketləri, hədəflər və vaxt haqqında dəqiq məlumatlar daxil idi.

Martın 11-də Maykl Uolts kimi tanınan istifadəçidən "Signal"a qoşulma sorğusu aldım. "Signal" digər mətn mesajlaşma xidmətlərindən daha çox məxfilik istəyən jurnalistlər və digərləri arasında məşhur olan şifrəli mesajlaşma xidmətidir. Maykl Uolts Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviridir. Mən onunla keçmişdə tanış olmuşam və onun mənimlə əlaqə saxlaması mənə qəribə gəlməsə də, Tramp administrasiyasının jurnalistlərlə mübahisəli münasibətini və Trampın vaxtaşırı mənə xüsusi diqqət yetirməsini nəzərə alaraq bunu bir qədər qeyri-adi hesab etdim. Dərhal ağlımdan keçdi ki, kimsə məni birtəhər tələyə salmaq üçün Uolts kimi maskalanıb".

İki gün sonra isə o, Yəməndə husilərə qarşı hücumları müzakirə etdikləri "Houthi PC Small Group" adlı zəncirə qoşulmağa dəvət edilib. Amerikalı jurnalist qeyd edib ki, Uoltsun təsadüfən özünü bu qrupa qatdığını düşünüb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes məsələnin mediada müzakirəsindən sonra yazılı açıqlama verərək gündəmə gələn mesaj mövzusunun real göründüyünü və söhbət qrupuna təsadüfən bir nömrənin necə əlavə edildiyini araşdırdıqlarını deyib. O, bunun Yəmən əməliyyatlarına heç bir zərər vermədiyini də əlavə edib.

Digər tərəfdən ABŞ prezidenti Donald Tramp mövzu ilə bağlı suala "Mənim bu mövzuda heç bir məlumatım yoxdur" deyə cavab verib. "Atlantic" jurnalını oxumadığını deyən Tramp hadisədən xəbərsiz olduğunu, lakin sözügedən səhvin Yəməndəki hücumlara heç bir təsirinin olmadığını da qeyd edib.

Sosial şəbəkələrdə bir çox istifadəçi ABŞ-nin gizli müharibə planlarının təsadüfən bu şəkildə jurnalistə göndərilməsinin qəbuledilməz olduğunu bildirib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 923   Tarix: 25 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda

Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır

13 sentyabr
.

İki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı

İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər

14 sentyabr
.

Sabirabadda bir ailə qəzaya düşdü

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c

21 sentyabr
.

13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO

ABŞ-də 13 yaşlı qızla görüşmək məqsədilə təxminən 14 saat avtomobil idarə etdiyi bildirilən kişi polis tərəfindən saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisənin uşaqlara qarşı cinsi cinayətlərin qarşısının alınmasına yönəlmiş əməliyyat çərçivəsində baş verdiyi bildirilir. Məlumata görə

17 sentyabr
.

Uşaqlıqdan tanış olan iki qadın illər sonra bacı olduqlarını öyrəndi

Hindistanın Mumbay şəhərindəki iki fərqli uşaq evindən 1980-ci illərin əvvəllərində övladlığa götürülən Meena Geltink və Minal Tijssen illər sonra Hollandiyada bir-birlərinin doğma bacısı olduqlarını öyrəniblər. xarici mediaya istinadla xəbər verir ki, hazırda 43 və 44 yaşlarında olan qadınlar yeniyetməli

24 sentyabr
.

Boşanma mərhələsində olan cütlük evlərində ölü tapıldı - VİDEO

Türkiyənin Karaman şəhərində övladlarının uzun müddət xəbər ala bilmədiyi boşanma mərhələsində olan cütlük evlərində ölü tapılıb. Hadisə zamanı mənzildə "Evdə sianid var, içəri girməyin" yazılmış qeyd və müxtəlif kimyəvi maddələr aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Zembill

24 sentyabr
.

Hərəkətdə olan maşından atılan fişəng böyük yanğına səbəb oldu: 1 ölü, 6 yaralı - VİDEO

ABŞ-da 4 İyul - Müstəqillik Günü qeyd etmələri zamanı gənclərin hərəkətdə olan pikapın yük yerindən fişəng atdığı görüntülər yayılıb. xarici mediaya istinadla xəbər verir ki, səlahiyyətlilər həmin fişənglərdən birinin böyük meşə yanğınına səbəb olduğunu ehtimal edirlər. Hadisə Vaşinqton ştatının Chela

17 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı

Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa

21 sentyabr