Binəli Yıldırım: Azərbaycanın Qarabağ zəfəri türk dünyasında böyük stimul verdi
Azərbaycanın Qarabağ zəfəri türk dünyasında böyük stimul verdi.
Bunu "Report"a açıqlamasında Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım təşkilatın fəaliyyətində Azərbaycanın rolunu dəyərləndirərkən deyib.
O, TDT-nin digər beynəlxalq təşkilatlarla müqayisədə gənc - 15 yaşının olmasına baxmayaraq, fəaliyyətlərinə görə 50 ildən çox məsafə qət etdiyini bildirib: "Təşkilatda Türkiyə ilə Azərbaycanın çox önəmli xidmətləri var. Biz bu illər ərzində TDT çərçivəsində fəaliyyətlərimizdə heç bir fikir ayrılığı yaşamadıq".
B.Yıldırım bunun səbəbini iki ölkə arasında həm də ünsiyyət baryerinin olmaması ilə əlaqələndirib: "Türkiyə ilə Azərbaycanı bu qədər yaxın edən həm də ortaq dilimizdir. Üstəlik hər iki ölkə latın əlifbasından istifadə edir. Digər türk dövlətləri ilə anlaşmamız üçün təşkilatımıza ortaq əlifbanın tətbiq olunması ilə əlaqədar iki ildir, aktiv fəaliyyətlər həyata keçirir. Ümid edirik, ünsiyyətimiz artdıqca əlaqələrimiz daha da genişlənəcək. Bu, həm də ortaq qarşılıqlı, mədəni əlaqələrin, rifahın artması deməkdir".
ATƏT-in Minsk Qrupu, BMT kimi beynəlxalq təşkilatların 30 il Azərbaycanı ləngitdiyini vurğulayan TDT ağsaqqalı qeyd edib ki, amma Türkiyənin verdiyi dəstək qələbəyə gedən yolda Azərbaycan türklərinə mənəvi güc verib: "Öz növbəsində Azərbaycanın Qarabağ zəfəri ilə türk dünyası canlandı. Bu baxımdan mən "türkün türkdən başqa dostu yoxdur" deyiminə qatılıram. Dünyada türk birliyinin güclənməsi ilə biz həm də bir-birimizə sahib çıxa bilirik. Bundan sonrakı addımlarımız isə regional əməkdaşlığımızın güclənməsinə yönələcək".
O, gələn il TDT-yə rəhbərliyin Azərbaycana keçəcəyini və may ayında da təşkiltın Budapeştdə qeyri-rəsmi zirvə görüşü olacağını da vurğulayıb: "Durmaq yox, yola davam".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 770 Tarix: 13 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrBakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə
24 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabr