Sənan Mehdiyevin həbs müddəti uzadıldı

Sənan Mehdiyevin həbs müddəti uzadıldıBurun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən cərrah Sənan Mehdiyevin həbs müddəti uzadılıb.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Məhkəmə əlavə sübutların toplanmasını nəzərə alaraq təqdimatı təmin edib. Qərara əsasən, Sənan Mehdiyevin həbsdə saxlanılma müddəti daha 2 ay uzadılıb.

Xatırladaq ki, bu il yanvarın 12-də 30 yaşlı Mansurova Nəzrin Aydın qızı müalicə aldığı xəstəxanada vəfat edib. İlkin araşdırma zamanı N.Mansurovanın klinikaların birində rinoplastika əməliyyatı etdirməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Nəzrini əməliyyat edən cərrah Sənan Mehdiyev təqsirləndirilən şəxs qismində həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 774   Tarix: 14 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı - 90 qəpik olur

Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, 594 və 595 nömrəli marşrutlar artıq əsa

13 yanvar
.

AYB-yə üzvlük dayandırıldı

Azərbaycan Yazıçılar Birliyinə üzvlük dayandırılıb. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib. "Hazırda üzvlüyə qəbul keçən ilin sonlarından dayandırılıb. Lakin əvvəlki tarixdə müraciət edənlərin sənədlərinə baxılır. İmtina edilənlə

14 yanvar
.

Azərbaycanda ötən il orta illik inflyasiya 6 %-ə yaxın olub

2025-ci ildə Azərbaycanda istehlak qiymətləri 2024-cü illə müqayisədə 5,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,5 % artı. Bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumat

14 yanvar
.

Mənzurə Musayevadan qardaşının vəzifədən azad olunmasına münasibət

Müğənni Mənzurə Musayeva qardaşının vəzifədən azad olunmasına münasibət bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, qardaşı Mətləb Musayev Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifəsindən öz ərizəsi əsasında çıxıb:. "Ona xəstəxanada şöbə müdiri vəzifəsi təklif ediblər. Raz

13 yanvar
.

Diplomun iş tapmaqda rolu getdikcə azalırmı? - AÇIQLAMA

Son illər əmək bazarında ciddi dəyişikliklər müşahidə olunur. Artıq işəgötürənlər üçün təkcə diplom yox, insanın real bacarıqları, təcrübəsi və özünü necə inkişaf etdirməsi daha ön plana çıxır. Bu isə "Ali təhsil hələ də uğurun açarıdırmı?" sualını gündəmə gətirir. Məhz bu aktual mövzu il

14 yanvar
.

Bir ildə 7 dəfə əməliyyat olunduğunu deyən xəstə şikayətçidir - Həkimdən açıqlama

"Modern Hospital"ın baş həkimi Taryel Ömərov dedi ki, Azərbaycanda təkrar mədəkiçiltmə əməliyyatlarını yalnız özü edir və 73 uğurlu nəticəsi var. Amma bu gün onun əməliyyatı nəticəsində mədəm yoxdur, əmək qabiliyyətimi isə itirmişəm. Bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Anar İsazad

13 yanvar
.

Lənkəranda məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə hökm oxunub

Lənkəranda idarə etdiyi avtomobillə məktəbli bacı-qardaşı vuraraq öldürməkdə təqsirləndirilən Vurğun Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökm

13 yanvar
.

Oğuz RİH başçısının hesabat yığıncağı keçirilib

13 yanvar 2026-cı il tarixdə, Oğuz rayon Mədəniyyət Mərkəzində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə dair Oğuz Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Azərbayca

13 yanvar