Bu işarə varsa deməli "WhatsApp" mesajlarınızı başqası oxuyur
Son günlərdə WhatsApp tətbiqində "üçüncü mavi işarə" funksiyasının istifadəyə verilməsi ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Bəzi sosial media istifadəçiləri və yerli xəbər portalları bu funksiyanın artıq aktiv olduğunu və mesajların üçüncü şəxslər - hətta hüquq-mühafizə orqanları tərəfindən oxunduğunu bildirən simvollarla müşayiət olunduğunu iddia edirlər.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, yeni funksiya mesajın başqası tərəfindən oxunduğunu göstərir və istifadəçiyə əlavə nəzarət imkanı yaradır. İddialara görə, bu xüsusilə qrup çatlarında və mesaj yönləndirildikdə aktivləşir.
Hazırda mövcud sistemdə:
Bir boz işarə - mesajın göndərildiyini,
İki boz işarə - mesajın qarşı tərəfə çatdığını,
İki mavi işarə - mesajın oxunduğunu bildirir.
İddialara əsasən, yeni funksiyada "üçüncü mavi işarə"də olacaq. Bu işarə sayəsində mesajın digər bir şəxs tərəfindən də oxunduğunu bilmək mümkün olacaq. Hətta bəzi iddialarda bu işarənin qırmızıya çevrilməsi hüquq-mühafizə orqanlarının mesajı oxuduğunu göstərdiyi kimi şərh olunur. Lakin bu iddiaların heç biri rəsmi olaraq təsdiqlənməyib.
Meta şirkəti də bu barədə hər hansı dəyişiklik və ya funksiya barədə rəsmi açıqlama verməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5897 Tarix: 18 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd
22 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabrAzərbaycana payız gəldi
Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi
23 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabr