Birinə iş, digərinə təqaüd vəd etdilər - 89 minlik dələduzluq
Nəsimi rayonu ərazisində ayrı-ayrı vətəndaşların ümumilikdə 88 600 manatının dələduzluq yolu ilə mənimsənilməsi barədə polisə məlumatlar daxil olub.
Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Belə ki, paytaxt sakini olan 65 yaşlı qadın övladının işə düzəldiləcəyi vədi ilə aldadılıb və 80 min manatı ələ keçirilib.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı N.Şükürov və 37 yaşlı N.Qasımova saxlanılıblar.
Rayon ərazisində daha bir analoji hadisə baş verib. 65 yaşlı bir nəfərin təqaüdünü bərpa edəcəyi vədi ilə 3500 manatını ələ keçirən V.Allahverdiyev saxlanılıb.
Bundan başqa, vətəndaşın etibarından sui-istifadə edib 5100 manatını ələ keçirməkdə şübhəli bilinən 38 yaşlı E.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 617 Tarix: 19 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaxın günlərdə qar və çovğun proqnozlaşdırılmır
"Yaxın 2-3 gün ərzində Azərbaycanın hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir". xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. "Ötən gün ölkə ərazisində yağıntılı və küləkli hava şərait
5 fevral"Kontakt Home" yenə zay məhsul satdı: "Zəmanətə də baxmırlar"
"Kontakt Home" mağazalar şəbəkəsi növbəti dəfə müştəriyə zay məhsul satmaqda ittiham olunur. İddialara görə, mağazanın göndərdiyi ustalar yeni məhsulu təmir etmək əvəzinə onu daha da yararsız vəziyyətə salaraq ərazini tərk ediblər. xəbər verir ki, bu barədə şikayətçi Taleh Eyyubov sosial şəbəkəd
5 fevralİnsan niyə "səhv" olduğunu bildiyi birini seçir? - AÇIQLAMA
Bəzən kənardan baxanda çox aydın görünür: "Bu insan sənə uyğun deyil", "Səni üzəcək", "Bu münasibətin sonu yaxşı olmayacaq." Amma qəribədir ki, insan bunu özü də bildiyi halda yenə də həmin adama tərəf gedir. Məntiq "yox" deyir, ürək isə israrla "bəlkə…"
4 fevralGülbahar Eyvazova vəzifəsindən azad edildi
Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələləri şöbəsinin müdiri Gülbahar Eyvazova vəzifəsindən azad edilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Alı Alıyev müvafiq əmr imzalayıb. Xatırladaq ki, G.Eyvazova ötə
4 fevralGördüyümüz pis yuxular sağlamlığımıza təsir edir?
Psixoloqlar və yuxu mütəxəssisləri bildirirlər ki, pis yuxular yalnız yuxuda qalmaqla kifayətlənmir, həm də gündəlik sağlamlığımıza təsir göstərə bilər. xəbər verir ki, davamlı qorxulu və narahat yuxular stress hormonlarının səviyyəsini yüksəldə bilər, bu isə yuxusuzluq, əsəbilik və hətta ürək-dama
4 fevralKolbasa istehsalı sexinin fəaliyyəti DAYANDIRILDI
Mehdiabadda qanunsuz fəaliyyət göstərən kolbasa istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qeyd olunub ki, agentlik Abşeron rayonunun Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəx
5 fevralNəsimi "mənəm-mənəm" deyən Kamranı "evə yola saldı" - VİDEO
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda 1/8 mərhələnin daha bir qalibi müəyyən olunub. xəbər verir ki, bədahətən dediyi rəvayətlərlə meyxana aləminə yenilik gətirən Kamran Quliyev, yarışmanın cavab görüşündə doğma meydanda həmkarı meyxana ustadı Nəsimi Allahverdiyevi qəbul edib. Belə ki, sö
5 fevralXanım məmur yüksək vəzifəyə təyin edildi
Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov bir neçə ildir boş qalan I müavin postuna təyinat aparıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Esmira Hidayətova məlumat yayıb. O bildirib ki, bu vəzifəyə şəhərdə tanınmış şəxslərdən olan Məhluqə Cavadova təyin olunub
5 fevral