Lüks görünüş, antisanitar mətbəx: Bakı restoranlarının qaranlıq üzü

Lüks görünüş, antisanitar mətbəx: Bakı restoranlarının qaranlıq üzüRestoranlarda tez-tez yoxlamalar həyata keçirilir. Ekspertlərin fikrincə, bu yoxlamalar vətəndaşların sağlamlığı üçün olduqca vacibdir. Lakin iş ancaq yoxlamalarla bitməməlidir.

Son vaxtlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müxtəlif restoranlarda yoxlamalar aparır və nöqsanlar aşkarlayır. Onların sırasında insanlar arasında populyar olanlar da var. Bəs bu yoxlamalar restoran-kafelərdə sanitar-gigiyena standartlarının yaxşılaşdırılmasına töhfə verirmi?

Sonxeber.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Restoran sahibləri daha məsuliyyətli olmağa başlayırlar"

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova da düşünür ki, restoranlara tələbat artdığı dövrdə nəzarət mütləqdir: "Keyfiyyətsiz məhsullarla qidalanma insanların sağlamlığına ciddi təhlükədir. Günümüzdə insanların restoranlara marağı xeyli artıb. O səbəbdən yoxlamaların aparılması vacibdir. Düşünürəm ki, bu yoxlamalar birmənalı şəkildə sanitar-gigiyena standartlarının yaxşılaşdırılmasına töhfə verir. Nöqsanlar ictimailəşdirildikdə digər restoran sahibləri də daha məsuliyyətli olmağa başlayırlar. Yoxlamalar sahibkarlar üçün xəbərdarlıq rolu daşıyır. Eyni səhvlərin bir daha təkrarlanmamasında da mühüm rol oynayır".

"Mətbəxlərdə siçanlar və digər həşəratlar gəzir"

M.Hüseynova son zamanlar restoranlarda daha çox aşkar olunan nöqsanlara da toxunub: "Ən çox nöqsanlar qida məhsullarının düzgün saxlanılmaması, yəni temperatur rejiminə əməl olunmamasıdır. Risk qrupuna aid qidalar soyuducuda saxlanılmalıdır. Yeməklərin hazırlanmasında vaxtı keçmiş qida məhsullarından istifadə olunur. Bəzən çiy və bişmiş məhsullar qarışıq şəkildə olur. Yaxud zərərvericilərə qarşı mübarizə aparılmır, mətbəxlərdə siçanlar və digər həşəratlar gəzir. Onlar qidalara təmas etdikdən sonra qidaların satışı həyata keçirilir. Təmizlik və dezinfeksiya qaydaları da pozula bilir. İşçi heyətin şəxsi gigiyena qaydalarına əməl etməməsi, vaxtlı-vaxtında tibbi müayinədən keçməməsi kimi hallar da aşkarlanır".

Ekspertin fikrincə, maarifləndirmə əsas şərt olsa da, nəzarət də mütləqdir: "Çünki nə qədər maarifləndirmə aparılsa da, nəzarət güclü olmasa, sahibkarlar qazanc əldə etmək üçün yenə də ucuz xammaldan, vaxtı keçmiş məhsullardan istifadə edəcəklər. Yaxşı olar ki, belə yoxlamalar müntəzəm şəkildə həyata keçirilsin. Bir çox müəssisələrdə yoxlamaların xəbərsiz keçirilməsi nöqsanları daha aydın görməyə kömək edər. Müəssisədaxili keyfiyyətə və qida təhlükəsizliyi qaydalarına nəzarət mexanizmlərinin qurulması vacibdir".

"Öncədən xəbərdarlıq olunur, amma yenə də nöqsanlar aşkarlanır"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, əksər hallarda müəssisələrin yoxlamalardan öncədən xəbəri olur: "Bu yoxlamalar olduqca zəruridir. Təhlükəli qidaların istehlakçılara verilməsinin qarşısının alınması üçün əhəmiyyətlidir. Amma onu da qeyd edək ki, AQTA yoxlama aparmadan dörd gün əvvəl xəbərdarlıq edir, yoxlamaya gələcəklərini bildirirlər. Öncədən xəbərdarlıq olunur, amma yenə də nöqsanlar aşkarlanır".

Ekspert bir çox restoranların real vəziyyətindən də danışıb: "Bakıda elə restoranlar var ki, olduqca bahalı və lüksdür, lakin mətbəxləri bərbad vəziyyətdədir. Mətbəxə kameralar qoyulmalıdır ki, gələn qonaqlar sifariş verdikləri yeməklərin hazırlanması şəraitini görə bilsinlər. Elə restoranlar var ki, yemək başqa yerdə bişirilir, yalnız qızdırılıb müştərilərə təqdim edilir. Yaxud qida xarab olur, vaxtı keçir, o şəkildə qonaqlara verilir".

E.Hüseynovun sözlərinə görə, regionlarda vəziyyət daha acınacaqlıdır: "Yay aylarında regionlarımızda restoranlar antisanitar vəziyyətdə fəaliyyət göstərir. Tələb təklifi üstələdiyi üçün insanlar buna fikir vermirlər".

"O həddə çatdırmaq olmaz ki, müəssisə bağlansın"

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, burada hər iki tərəfin üzərinə müəyyən iş düşür: "Nəzarət-yoxlama üsullarından, təbii ki, istifadə edilməlidir. Yalnız o həddə çatdırmaq olmaz ki, müəssisə bağlansın, biznes və həmin müəssisədə çalışanlar işsiz qalsınlar. Zənnimcə, hər iki tərəf bu həddə çatdırmamalıdır".

S.Dübəndinin sözlərinə görə, müəssisələrin bəziləri məlumatlı deyil, o səbəbdən də maarifləndirmə lazımdır: "İctimai iaşə sektorunda sanitar-gigiyena standartlarına birmənalı və ciddi riayət edilməlidir. Bu qayda və standartların tələblərinə riayət etmək təkcə yoxlamalarla baş tuta bilməz. Ən vacib məqam biznesin bu qayda və standartları öncədən bilməsi və bu sahədə hər bir müəssisədə müvafiq biliklərin yaradılmasıdır. Yoxlamalarla yanaşı geniş miqyaslı maarifləndirmə işləri də aparılmalı, təlimlər keçirilməli, sertifikatlaşma işləri daha ciddi aparılmalıdır. Biz AQTA-ya dəfələrlə ictimai iaşə sahəsi üçün təlimlərin keçirilməsini təklif etmişik, yalnız bunlara müsbət cavab almamışıq. İctimai iaşə sahəsi üçün kadr hazırlayan peşə təhsil sahəsində də əsaslı islahatlar aparılmalıdır".

"Qanunvericilikdə boşluq var"

Sədr restoran sahəsində digər diqqət olunmalı məqamlardan da bəhs etdi: "İctimai iaşə biznesinin uğuru təkcə sanitar-gigiyena, qida təhlükəsizliyi qaydaları ilə müəyyənləşmir. Burada xidmət keyfiyyətini təmin edən digər amillərə də diqqət yetirilməlidir. Əfsuslar olsun ki, gündən-günə genişlənən, dövriyyəsi artan ictimai iaşə sektorunda vahid tənzimləyici rolunu təmin edən dövlət qurumu mövcud deyil. Xidmət keyfiyyətini təmin edən servis qaydaları, ümumilikdə isə restoran, kafe, bar və sair kimi müəssisələrin təşkili və açılması qaydalarında böyük bir boşluq var. Bu sahədə hüquqi-normativ bazamızın təkmilləşdirilməsinə böyük ehtiyac duyulur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1081   Tarix: 20 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22 sentyabr