TƏBİB və 2 nazirlik məlumat yaydı: Mayın 1-dən...
Mayın 1-dən "e-bülleten" sisteminə keçilir.
Sonxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB birgə məlumat yayıb. Qeyd edilib ki, gələn aydan xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq:
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq edilən innovativ yenilik olaraq, cari ilin mayın 1-dən Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi" vasitəsilə "Sığortaolunanlar üçün xəstəlik vərəqələri" Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq.
Bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək.
Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.
Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib.
Nəticədə işəgötürənlər bu e-bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə "e-Səhiyyə" portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.
"E-bülleten" sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına şərait yaradır" - məlumatda deyilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3809 Tarix: 21 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imka
23 martTək vasitə ilə aylarla təzə qalacaq: Kartof xərclərinə son qoyan sirr
Mətbəxin imtinaedilməz tərəvəzi olan kartof, düzgün saxlanılmadıqda tez bir zamanda cücərir və yumşalır. Xüsusilə torbayla alınan kartofları aylarla ilk günkü kimi təzə saxlamağın yolu tapılıb. xəbər verir ki, kartof torbasının və ya saxlanma qabının içinə bir ədəd təzə alma qoymaq ən qeyri-adi, laki
25 martAzərbaycan ali təhsildə tarixi uğura imza ATDI
Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb. xəbər verir ki, 2026-cı ilin "QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi"ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminə
25 martBu il "Son zəng" FƏRQLİ TARİXDƏ KEÇİRİLƏCƏK
Azərbaycanda bu il "Son zəng" tədbiri 14 iyunda deyil, 12 iyunda keçiriləcək. bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu dəyişiklik tədris ili üçün təsdiqlənmiş məktəb təqvimində öz əksini tapıb. Məlumata görə, tədbirin tarixinin irəli çəkilməsinə səbəb 14 iyun tarixinin qeyri-iş günü olmasıdır
22 martBakıda 7,3 milyona mənzil satışa çıxarıldı
Hazırda elan saytlarında təklif olunan ən bahalı mənzil paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşir. Sözügedən əmlak nə az nə çox, 7 milyon 300 min manata satışa çıxarılıb. xəbər verir ki, mənzilin ümumi sahəsi 187 kvadratmetr, otaq sayı isə 4-dür. 18 mərtəbəli binanın 4-cü mərtəbəsind
25 martYer kürəsi üçün böyük TƏHLÜKƏ
Qlobal iqlim görünməmiş qeyri-sabitlik mərhələsinə daxil olub, belə ki, istixana qazlarının konsentrasiyası rekord səviyyəyə çatıb, okeanlar sürətlə isinməyə davam edir, buz örtükləri isə sürətli templə azalır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 23 mart - Ümumdüny
24 mart