"Uğur 777" Klinikasında: Saxta diplomlar, qüsurlu əməliyyatlar…

"Uğur 777" Klinikasında: Saxta diplomlar, qüsurlu əməliyyatlar…Bugünkü Azərbaycan reallığında, bir tərəfdə savadlı, vicdanlı həkimlər gecə-gündüz çalışaraq cəmiyyətə fayda verməyə çalışır, digər tərəfdə isə heç bir peşə etikası olmayan, saxta diplomların arxasında gizlənənlər insanların həyatını alt-üst edirlər. Bu acı reallığın bariz nümunəsi "Uğur 777" adlı klinika və onun arxasında duran Xəyalə İsmayılovadır.

Bu gün "estetik əməliyyatlar" adı ilə qadınlara qarşı aparılan saxtakarlıq, təkcə səhiyyə yox, insanlıq adına da bir ləkədir. Sponsorluq etdiyi reklamlarla, "endirim kampaniyası" pərdəsi altında, imkanları məhdud olan qadınların bədəninə və ruhuna dərin izlər buraxan bu klinika, əslində bir estetik mərkəz yox, məsuliyyətsizliyin və vicdansızlığın ünvanıdır.

Bakunews.az xəbər verir ki, Xəyalə İsmayılova "həkim" titulunu daşıyır, amma nə diplomu ictimaiyyətə açıq şəkildə təqdim edilir, nə də təhsil aldığı müəssisə barədə şəffaf məlumat verilir. Təsdiqsiz diplomlar, qeyri-rəsmi sertifikatlar və mediada yalançı təsdiqlərlə ictimaiyyəti aldatmağa çalışan bu şəxsin əməlləri sadəcə hüquqi məsuliyyət yox, həm də mənəvi bir cinayətdir.

Ən acınacaqlısı odur ki, bu "həkim" əməliyyatların nəticəsində zərər çəkən qadınlara qarşı ikinci, bəzən üçüncü dəfə cərrahi müdaxilə edərək, onların həm fiziki, həm də psixoloji durumunu daha da ağırlaşdırır. Nəticə? Zərərçəkən, öz bədənində silinməyəcək izlərlə, əzabla və utancla yaşamağa məhkum olur.

Üstəlik, şikayət edən qadınlara qarşı istifadə edilən "susturma taktikaları" – "hara istəyirsən, şikayət et", "pulları verib şikayəti sildirəcəm" kimi təhdid dolu cümlələr, təkcə hüquqi deyil, həm də insani dəyərlərə qarşı açıq bir hücumdur.

Vətəndaşları təhqir edən "sanitar" Sənan kimi şəxslərin də bu sistemin tərkib hissəsi olaraq, qadınlara qarşı kobud və alçaldıcı ifadələr işlətməsi, bu klinikanın iç üzü və idarəçiliyinin hansı səviyyədə olduğunu bir daha göstərir. Xəyalə İsmayılovanın müştəri yox, "qurban" axtarışı, onun məqsədinin müalicə deyil, mənfəət olduğunu göstərir.

Sual budur: bu qədər şikayət, bu qədər sübut qarşısında niyə hələ də hüquqi addımlar atılmır? Niyə bu qadının saxta fəaliyyətinə göz yumulur? Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və aidiyyəti qurumlar bu məsələdə niyə susur?

Bu biabırçı vəziyyətə son verilməlidir. "Uğur 777" klinikasında zərərçəkən hər bir qadının səsi eşidilməli, onların hüquqları qorunmalı və məsul şəxslər qanun qarşısında cavab verməlidir. Həyat və sağlamlıq oyuncağa çevrilə bilməz. Vicdanı olan hər kəs bu məsələdə susmamalı, haqsızlığın qarşısında dayana bilməlidir.

Və sonda qeyd edək ki, Xəyalə İsmayılovanın pafoslu özünü müdafiəsi heçdə öz təstiqin tapmayıb. Səhiyyə Nazirliyi tərəfindən onun sözçülərinin iddialarındakı kimi heçnəyə rast gəlinməməkdədir ki, Nazirliyin yaydığı siyahıda həkim olaraq adına rast gəlmək mümkün olmadı. Həmin siyahınıda olduğu kimi sizlərə təqdim edirik.

"Uğur 777" Klinikasında: Saxta diplomlar, qüsurlu əməliyyatlar…Biz mövzunu diqqətdə saxlayaraq məsələ ilə bağlı zərərçəkmişlərin video müsahibələrini sizlərə növbəti araşdırmalarımızda təqdim edəcəyik. Bakunews.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 931   Tarix: 21 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22 sentyabr