Sökülən evlərə görə təzminat belə hesablanır

Sökülən evlərə görə təzminat belə hesablanırDövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı binanın sökülməsi nəzərdə tutulur. Bundan başqa, ayrı-ayrı tikinti şirkətlərinin təşəbbüsü ilə yaşayış yerləri vətəndaşlardan müxtəlif şərtlərlə alınmaqla sökülərək yerində yeni binaların inşası aparılır.

Maraqlıdır, bəs bu zaman sakinlərə ödənilməli olan kompensasiyanın məbləği necə müəyyən edilir?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev "Qafqazinfo"ya bildirib ki, köhnə binalar yeniləri ilə əvəz olunarkən mənzil sahiblərinə kompensasiya olaraq həmin tikiləcək binadan mənzil verilir. Mütəxəssis deyir ki, həmçinin onlara tikinti müddətində kirayə və köçmək xərcləri ödənilir. Yeni bina tikildikdən sonra isə vətəndaşlara yeni binadan əvvəlkindən daha böyük sahədə tam təmirli mənzil verilir.

Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı isə həmin ərazi qiymətləndirilir: "Vətəndaşlara qiymətləndirilən məbləğ üzrə kvadratına görə pul ödənilir. Dövlət ehtiyacları üçün alınan ərazilərdə yeni yolların salınması, infrastrukturların qurulması, parkların salınması nəzərdə tutulur ki, bu zaman daha çox istismar müddətini bitirmiş və qəzalı binalar müəyyən olunur. Qiymət ərazilərə görə dəyişir. Ərazilərin bazar qiymətinə uyğun olaraq vətəndaşlara mənzillərinin hər kvadratmetrinə görə kompensasiya ödənilir".

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə "Qafqazinfo"ya deyir ki, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Fövqəladə Hallar Nazirliyi ilə birgə aparılan bu proses qiymətləndirmə mərhələsindən keçdikdən sonra kompensasiyanın məbləği müəyyən olunur: "Müvafiq satınalma üzrə tender elan olunur və tenderdə qalib gələn şirkət ərazilərdə baxış keçirdikdən sonra kompensasiya məqsədilə ödəniləcək məbləği müəyyən edir. Yəni həmin ərazinin bir kvadratmetrinin dəyəri hesabladıqdan sonra müvafiq dövlət qurumları vətəndaşlara məxsus olan mənzillərin sahəsini həmin müəyyən edilmiş kompensasiya məbləğinə vurur və bundan sonra bütövlükdə mənzilin kompensasiya dəyəri müəyyən edilir. Tikinti şirkətlərinin təşəbbüsü ilə binaların sökülməsi zamanı isə proses vətəndaşlarla qarşılıqlı razılıq əsasında həyata keçirilir".

Nazirlər Kabinetinin sözügedən istiqamətdə olan qərarlarından birində - 17 dekabr 2019-cu il tarixli Qərarında Bakı şəhərinin müvafiq rayonlarının icra hakimiyyətlərinə qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılıb.

Lakin məlum məsələdir ki, tikinti şirkətləri çoxmənzilli yaşayış binalarını söküb yenisini inşa etmək üçün xeyli mülkiyyətçi ilə razılıq əldə etməlidir. Bu baxımdan təcrübədə bütün ev sahibləri ilə razılaşmanın əldə edilməsinin mümkün olmadığı hallarla tez-tez rastlaşırıq. Məsələn, tərəflərdən biri müxtəlif səbəblərdən mənzillə təmin edilmə ilə razılaşmır. Bu zaman kompensasiya ödənişinin məbləği mübahisə yaradır. Belə ki, hər kvadratmetrə görə kompensasiya ödənişi hətta bazar qiymətinə uyğun olsa belə, yaşayış sahəsinin kiçik olması qarşı tərəfi narazı salır.

V. Oruc belə hallarda kompensasiya məbləğinin qiymətləndirmə fəaliyyəti əsasında müəyyən edilməsinin məcburi olmasını məqsədəuyğun hesab edir. O, rəhbərlik etdiyi qurum tərəfindən bununla bağlı qanunvericiliyə dəyişikliyin olunmasının təklif edildiyini də əlavə edib.

Torpaq sahələrinə görə kompensasiya ödənişlərinə gəlincə, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna görə, torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki 3 ay ərzində alınan həmin torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.

Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə torpağın bazar qiyməti əsas götürülür. Həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, bu olmadıqda, 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan torpağın bazar qiyməti əsas götürülür. Hətta 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda isə həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq (rayon, şəhər və şəhər rayonları) mövcud olan torpağın qiyməti nəzərə alınır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2401   Tarix: 29 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr