40-a yaxın insan işdən niyə çıxarılıb? - Video
Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsində çalışan 40-a yaxın şəxs işdən çıxarılıb.
"Qafqazinfo" xəbər verir ki, bu iddia ilə bir qrup Masallı sakini İTV-yə müraciət edib.
Onlar heç bir xəbərdarlıq olunmadan, kompensasiya verilmədən işdən azad olunduqlarını bildiriblər.
Şikayətçi Telman Abbasovun sözlərinə görə, heç olmasa, bir ay əvvəldən xəbərdarlıq olunsaydı, başqa iş axtarardılar: "4 aydır işsizəm. Hara gedirəm, deyirlər ki, sənin 62 yaşın var, nəticədə işə götürmürlər. Hər həftənin 4-5-ci günləri Məşğulluq İdarəsində oluram, mənə bildirirlər ki, sizə aid iş yoxdur. 7 nəfər ailəyik…"
Digər şikayətçilər də işdən çıxarılmalarına dair heç bir hüquqi əsas göstərilmədiyini deyirlər.
Problemlə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsindən bildirilib ki, sözügedən şəxslər onların deyil, DOST İş Mərkəzinin əməkdaşlarıdır.
DOST İş Mərkəzindən isə həmin şəxslərin müraciətlərinin araşdırıldığı və onlara müqavilələrinin bitməsinə ən geci 1 həftə qalmış əmək və məşğulluq alt sistemi üzərindən bildiriş göndərildiyi qeyd olunub.
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1865 Tarix: 29 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabr"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabrSosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd
22 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabr