Bakıda avtobus "Land Cruiser"lə toqquşdu
"BakuBus" MMC-nin balansında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 77-JB-913 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 08:55-də qeydə alınıb".
Bunu Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib.
"Avtobusu idarə edən sürücü Salmanov Elməddinin verdiyi ilkin məlumata əsasən, hadisə minik avtomobilinin qəfil şəkildə avtobusun qarşısına çıxması səbəbilə baş verib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasını təmin etmək məqsədilə onlar operativ şəkildə 10 nömrəli müntəzəm marşrut xəttinə məxsus digər avtobusa yönləndiriliblər və marşrut xəttinin qrafiki qısa müddətə bərpa olunub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır", - deyə Ə. Əliyeva qeyd edib.
10:24
Bakıda sərnişin avtobusu qəza törədib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Ağ şəhər ərazisində qeydə alınıb.
10 nömrəli marşrut avtobusu "Toyota Land Cruiser" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Qəza nəticəsində xəsarət alanların olması barədə məlumat yoxdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 718 Tarix: 29 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda nadir hadisə: Qız sinif yoldaşının ailəsinə övladlığa verildi
Bakıda sığınacaqda məskunlaşan 15 yaşlı qız övladlığa götürülüb. Bu barədə Qaynarinfo-ya "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova 2025-ci ilin övladlığa götürmə statistikasına aydınlıq gətirərkən məlumat verib. Onun sözlərinə görə, yeniyetmə qızı sinif yoldaşını
12 yanvarŞəkidə 1 yaşlı körpə qəfil öldü
Şəki rayonunun Biləcik kəndində 1 yaşlı körpə qəfil dünyasını dəyişib. Bizim.Media-ya istinadən xəbər verir ki, kənd sakini 2025-ci il təvəllüdlü Aişə Qoşqar qızı Zəkəriyayevanın halı evdə qəfil pisləşib. Ailəsi körpəni dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparsa da, o, yolda dünyasını dəyişib. İlki
13 yanvarSürücülərə vacib XƏBƏRDARLIQ - Yollarda duman olacaq
Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bu barədə -a idarədən məlumat verilib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə respublika ərazisində hava şəraitini
13 yanvarGimnaziya direktoru kabinetində yaralandı - 1000 manat cərimələndi
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov kabinetində tavanın uçması nəticəsində xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə 3 noyabr 2025-ci il tarixində gimnaziyanın inzibati binasının 1-ci mərtəbəsində, direktorun iş otağında baş verib
12 yanvarGeyim tərzi insanın xarakterini yansıdır? - AÇIQLAMA
İlk baxışda insan haqqında fikir formalaşdırmağımıza səbəb olan ən güclü siqnallardan biri onun geyimidir. Danışmazdan əvvəl gördüyümüz rənglər, üslub, səliqə və ya laqeydlik beynimizdə qarşı tərəflə bağlı müəyyən qənaətlər yaradır. Bəs bu, nə qədər doğrudur? Geyim tərzi həqiqətən də insanın daxili dünyasın
12 yanvarBu rayonda zəlzələ oldu
Biləsuvarda zəlzələ olub. Bu barədə -a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 10:53-də 3.4 maqnitudada baş verib
13 yanvar