2025-ci ildə ali məktəblərə keçid ballarında artım davam edəcək - AÇIQLAMA

2025-ci ildə ali məktəblərə keçid ballarında artım davam edəcək - AÇIQLAMASon illərdə ali məktəblərə qəbul ballarının artması tendensiyası müşahidə olunur. Bəs, bu artım tədrisin keyfiyyəti ilə bağlıdır, yoxsa abituriyentlərin sayındakı dəyişikliklərlə əlaqəlidir? Və bu artımın 2025-ci ildə də davam edəcəyi gözlənilirmi, xüsusilə də 2-ci və 3-cü ixtisas qruplarında müşahidə olunan abituriyent sayındakı artımı nəzərə alsaq?

Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb.

2025-ci ildə ali məktəblərə keçid ballarında artım davam edəcək - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, son illərdə ali məktəblərə qəbul ballarındakı artımın əsas səbəbi sadəcə tədrisin keyfiyyəti ilə izah oluna bilməz:

"Bu tendensiyanın arxasında struktur dəyişiklikləri, abituriyent sayındakı dəyişikliklər, ixtisaslar üzrə tələb-təklif balansı və qəbul planlarının necə formalaşması kimi kompleks faktorlar dayanır.

Bir məqamı qeyd edim ki, buraxılış və blok imtahanlarından toplanan balların yüksəlməsi tədrisin keyfiyyəti ilə birbaşa bağlı deyil. Tədrisin keyfiyyəti artdıqca, biliklərin daha dərin və analitik səviyyədə yoxlanılması gözlənilər. Lakin hazırda qəbul imtahanları əsasən test formatında, daha çox əzbər və standart tapşırıqlarla həyata keçirildiyindən, abituriyentin yüksək bal toplaması onun həqiqi akademik hazırlığını tam əks etdirmir. Bu səbəbdən bal artımı ilə tədris keyfiyyəti arasında düz mütənasib əlaqə qurmaq elmi baxımdan dayanıqlı deyil.

Əsas səbəblərdən biri abituriyent kontingentindəki artım və bunun bölgülərdə qeyri-bərabər şəkildə paylanmasıdır. 2024-cü ilin rəsmi məlumatına görə, buraxılış imtahanında 150-dən yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ilə nisbətən təqribən 10 min nəfər artıb. Bu artım əsasən II və III ixtisas qruplarında özünü göstərib. Bu da həmin qruplarda daha sərt rəqabət, daha yüksək keçid balları və müəyyən ixtisaslarda balların kəskin yüksəlməsi ilə nəticələnib. Məsələn, 2023-cü illə müqayisədə hüquqşünaslıq, psixologiya, ibtidai sinif müəllimliyi, maliyyə və beynəlxalq münasibətlər kimi ixtisaslarda keçid balı 30-40 bala qədər artmışdır.

Bu prosesin başqa bir mühüm səbəbi qəbul plan yerlərinin artım tempinin abituriyent sayındakı artımla uyğun getməməsidir. 2024-cü ildə ali məktəblərə 58 min plan yeri ayrılmışdısa, 2025-ci ildə bu rəqəm 65 minə yaxınlaşsa da, bu artım I və IV qruplarda daha çox hiss olunub. Halbuki II və III qruplarda yüksək maraq və artan abituriyent sayı fonunda plan yerlərinin məhdud qalması həmin qruplarda balların yüksəlməsini qaçılmaz edib".

Ekspert onu da vurğuladı ki, xüsusilə II və III ixtisas qruplarında abituriyent sayı daha da çoxalıb:

"Təhlil göstərir ki, bu artım 2025-ci ildə də davam edəcək. Xüsusilə II və III ixtisas qruplarında abituriyent sayı daha da çoxalıb. Bu qruplar üzrə populyar ixtisaslara – hüquq, psixologiya, müəllimlik ixtisasları, sosial iş, biznesin təşkili və menecmentə maraq yüksəkdir. Bu maraq həm iş bazarında bu sahələrin nisbətən görünür olması, həm də ailələrin sosial gözləntiləri ilə bağlıdır. Bu şəraitdə plan yerləri artırılmasa və ya ixtisaslar üzrə balanslaşdırılmış qəbul siyasəti həyata keçirilməsə, balların artımı davam edəcək.

Digər tərəfdən, yüksək bal yığmaq üçün repetitorluğa və test yönümlü hazırlığa yönələn abituriyentlər ordusu da bu göstəricilərin təbii deyil, süni artım olduğunu göstərir. Bu da onu deməyə əsas verir ki, balların artması biliklərin artmasından daha çox rəqabətin sərtləşməsi və struktur tıxacın yaranması ilə bağlıdır".

Nəticə etibarilə, balların artması həm demoqrafik, həm sosial-psixoloji, həm də inzibati amillərlə əlaqəlidir. Bu artım tədris keyfiyyətinin göstəricisi deyil və əgər qəbul planlamasında çevik və real əmək bazarına əsaslanan islahatlar aparılmazsa, bu tendensiya yaxın illərdə daha da kəskinləşəcək. Ona görə də bizə real ehtiyacları əks etdirən qəbul siyasəti, ixtisaslar üzrə yenilənmiş proqnozlar və orta məktəbdə əsl bilik əsaslı tədris lazımdır. Yalnız bu zaman qəbul ballarındakı dəyişikliklər həqiqi inkişaf göstəricisi ola bilər."

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3044   Tarix: 12 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr