Kürün səviyyəsi qalxdı - Daşqın olacaq? - RƏSMİ
Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz-yay gursululuq dövrü müşahidə olunur.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu dövrdə çaylarda suyun səviyyəsinin artması təbii proses sayılır.
Kür çayı üzərində yerləşən Şəmkir, Yenikənd və Mingəçevir su anbarlarında çoxillik nizamlama rejiminə uyğun olaraq su yığımı həyata keçirilir. Mingəçevir su anbarından artıq suların aşağıya ötürülməsi Nazirlər Kabineti və digər aidiyyəti qurumlarla razılaşdırılaraq daimi nəzarət altında saxlanılır.
2010-cu il daşqın hadisələrindən sonra ötən 15 il ərzində Kür çayı boyunca bəndlərin hündürlüyünün artırılması və möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Hər il olduğu kimi, cari ildə də bu tədbirlər üçün ayrılan vəsait çərçivəsində müvafiq istismar işləri davam etdirilir.
Keçən müddət ərzində Kür çayında suyun səviyyəsi məcrasından yuxarı qalxmayıb. Son günlərdə bəzi ərazilərdə su səviyyəsi mühafizə bəndinin alt oturacaqlarına qədər yaxınlaşıb. Bununla belə, hazırda Kür çayında orta su səviyyəsi mühafizə bəndinin üst qeydiyyat nöqtəsindən 3,5 metr aşağıdadır.
Məlumatda deyilir ki, bəzi saytlarda və sosial şəbəkələrdə yayılan görüntülərdə Kür çayının subasma riski olan ərazilərində razılaşdırılmadan salınmış əkin sahələrinin qarşısında qurulmuş müvəqqəti tirələrin dağılması əks olunub. Qeyd olunub ki, bu görüntülər ərazilərdə yaşayan əhali, infrastruktur obyektləri və yaşayış məntəqələri üçün heç bir təhlükə yaratmır. Əsas qoruyucu mühafizə bəndlərində hər hansı bir risk müşahidə edilmir.
Hazırda mühafizə bəndlərində fasiləsiz monitorinq aparılır, bütün ərazilər nəzarətdə saxlanılır və qabaqlayıcı tədbirlər davam etdirilir. Son günlərdə suyun səviyyəsinin qalxması ilə əlaqədar maşın-mexanizmlər növbəli qrafik əsasında mühafizə bəndlərinin üzərində fasiləsiz yerləşdirilib.
Bu səbəbdən, Kür çayında suyun səviyyəsinin artması fonunda Sabirabad rayonu və digər ərazilərdə daşqın təhlükəsi ilə bağlı hər hansı bir narahatlıq mövcud deyil.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 965 Tarix: 12 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabr18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı
Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl
22 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrTamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir
Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabr