Bu istehsalçılar və mağaza sahibləri cərimələnə bilər - AÇIQLAMA
Sosial şəbəkələrdə tez-tez mağazalarda vaxtı bitmiş məhsulların, tərkibi bəlli olmayan qidaların satıldığı ilə bağlı xəbərlər görürük.
Bəs görəsən bu məhsulları istehsal edənlərin və satanların cəzası nədir?
Vəkil Rəşad Əliyev bu barədə Sonxeber.az -a açıqlama verib:
"İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma əməlinə yol vermiş şəxslər 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə isə 5000 manatdan 7000 manatadək cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulub.
Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda isə 10000 manatdan 15000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddədə "xeyli miqdar" dedikdə, beş min manatdan yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə otuz min manatdan yuxarı olan məbləğ başa düşülür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2369 Tarix: 12 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabr18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı
Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl
22 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrTamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir
Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabr