Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yaydı

Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yaydıBaş Prokurorluq Gəncədə yaşayış binasında baş vermiş partlayışla bağlı məlumat yayıb.

Qurumdan Sonxeber.az-a bildirilib ki, mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsi 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaq.

Qeyd edək ki, Gülnaz Şahməmmədova mətbuata açıqlamasında daha öncə də Adil Alıyev tərəfindən bıçaqlandığını, evin qəsdən yandırıldığını iddia edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1057   Tarix: 12 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sədərək" və "Binə" bağlanır? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə "Sədərək" və "Binə" ticarət mərkəzlərinin fəaliyyətini dayandıracağı ilə bağlı yayılan iddialar geniş müzakirələrə səbəb olub. Məlumatlarda onlayn ticarətin sürətlə inkişaf etməsinin ənənəvi bazarlara marağı azaltdığı bildirilir. xəbər verir ki, satıcıları

25 iyul
.

Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında iyulun 25-26-da külək güclənəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan

24 iyul
.

Məhərrəmlik nə vaxt bitir? - TARİX AÇIQLANDI

Səfər ayı avqustun 13-ü bitir və avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar. Bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib. Onun sözlərinə görə, Məhərrəm ayı artıq çıxıb. Bu gün artıq Səfər ayının 11-dir. İmamın qırxın

25 iyul
.

Azərbaycan I yarımildə 41 min tona yaxın xurma ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 32 milyon 99 min ABŞ dolları dəyərində 40 min 527 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, dəyər baxımından 847 min dollar (2,6 , həcm baxımından isə 5 min 307 ton (11,6 %) azdır. Hesabat dövründə xurma ixracında

26 iyul
.

İlk dəfə "amansız isti gün" XƏBƏRDARLIĞI ELAN ETDİLƏR

Yaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən "amansız isti gün" xəbərdarlığını ilk dəfə elan ediblər. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyini

25 iyul
.

Sürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur

Bakının müxtəlif ərazilərində mikromobillik imkanlarının artırılması məqsədilə velosiped və skuter istifadəçiləri üçün xüsusi zolaqlar və parklanma sahələri yaradılıb. xəbər verir ki, lakin bəzi istifadəçilər skuterləri nəzərdə tutulan dayanacaq yerlərində saxlamaq əvəzinə, onları səkilərdə, yol kənarlarınd

25 iyul
.

İsti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da Azərbaycanda gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb. xəbər verir ki, bu barədə İdarə məlumat yayıb. Qeyd olunub ki

25 iyul
.

Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?

Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. Tarif Şurasının iclasında qəbul edilən qərara əsasən, 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmi

25 iyul
.

Azərbaycan alma ixracından gəlirini 10 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 47 min 867 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 38 milyon 948 min ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2 min 753,82 ton (5,4 %) az, dəyər baxımında

25 iyul