Oğlanlarının ikisi əlildir, qızını da doğulmamış itirdi...

Oğlanlarının ikisi əlildir, qızını da doğulmamış itirdi...Biləsuvar rayon sakini Rəşad Hüseynov övladını dünyaya gəlmədən itirib.

"Qafqazinfo"ya müraciət edən vətəndaş Biləsuvar Rayon Mərkəzi xəstəxanasından şikayətçidir.

Onun sözlərinə görə, 33 yaşlı həyat yoldaşı Səyyarə Hüseynova ilə olan evliliyindən iki oğul övladı var. Növbəti övladının doğulmasına isə günlər qalmış onu itiriblər. Şikayətçi deyir ki, 35-36 həftəlik hamilə olan həyat yoldaşı hər ay müayinələrdən keçib və nə onun, nə də körpəsinin problemi olub: "həkimlər hər şeyin qaydasında olduğunu, körpənin tam sağlam olduğunu bildirmişdilər. Sonuncu dəfə mayın 7-də yenidən yoxlanışa getdikdə də körpənin inkişafı çox yaxşı formada irəliləyirdi, lakin anada qan azlığının olduğu bildirildi. Belə ki, onun qanı 4,1 faiz idi. Bunun üçün də anaya qan köçürmək lazım olduğu deyildi. Ayın 8-i bizə dedilər ki, Qan Bankının Şirvan bölməsindən qan gətiriləcək. TƏBİB tərəfindən göndərildiyini deyən iki həkim bildirdi ki, "biz gəlmişik ki, doğumun vaxtını təyin edək və həyat yoldaşınızın qanını təmin edək". Düzü, mən razı deyildim. Xəstəxanadan həkimlər, icra nümayəndələri toplaşıb evimizə gəldilər ki, qan vurulmalıdır. Mən dedim ki, "bu qan yoxlanılmalıdır, bəlkə heç düşmür?! Uşaq ananın qanı ilə qidalanır, bu yad qanı bəlkə götürmür? Mənim sağlam uşağımı məhv etməyin". Onlar isə bildirdilər ki, "narahat olmayın, uşağa heç nə olan deyil, qan vurulacaq".

Rəşad Hüseynov iddia edir ki, xanımına qanı az-az yox, elə birbaşa vurublar: "Həyat yoldaşım görüb ki, bədəni isinir, ağzından sanki od çıxır. Həkimə narahat olduğunu bildirib. Həkim isə deyib ki, "heç nə olmaz, sən zəifsən deyə belədir". Sən demə, həmin an uşaq ana bətnində boğulurmuş. Üstəlik 3 gün də ölü uşaq ananın bətnində qalıb. Biz bunu sonradan bildik. "Ayın 10-u yenidən gələrsiniz, qan vurulacaq",- demişdilər. Mən yoldaşıma dedim ki, getməyək, qoy bir-iki gün keçsin. Yenidən həkimlər, icra nümayəndələri toplaşıb gəldilər. Həyat yoldaşımı məcbur təcili yardım maşınına qoyub apardılar. Uşaqlarım da qaldı ağlaya-ağlaya. Orada da görüblər artıq uşaq ölüb, tez dedilər ki, Bakıya aparılsın. Bizə məlumat da vermədilər. Sonradan bildik ki, körpə artıq ölüb. Bizə zəng edib dedilər ki, artıq Bakıda xəstəxanada hər şey hazırlamışıq, bir az da qalsa, ana da öləcək, təcili aparın. Mayın 11-də isə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əməliyyat olunaraq körpə götürüldü. Həyat yoldaşımın da vəziyyəti pis idi. Gecə özünə gələ bilib. Mənim sağlam uşağımı məhv etdilər. Bu günə qədər gətir, axırda da belə olsun..."

Vətəndaş bildirir ki, uşaqlarından biri II, digəri isə III qrup əlildir. Doğulacaq körpələrini tam sağlam gözlədiyini deyən valideyn övladının cinsiyyəti ilə bağlı da məlumat ala bilmədiyini əlavə edir: "Bir neçə dəfə uşağın cinsiyyətini soruşmuşduq, deməmişdilər. Aparata girdikdən sonra hər ikimiz soruşmuşduq. Həkim də dedi ki, "cinsiyyətini neyləyirsən, sağlam uşaqdır, Allah verən paydır. Heç öləndən sonra da bizə cinsiyyəti ilə bağlı məlumat vermədilər".

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, mayın 6-da 33 yaşlı hamilə qan köçürülməsi ilə bağlı Biləsuvar Rayon Mərkəzi xəstəxanasına müraciət edib: "Bakı şəhərindən tibb müəssisəsinə dəvət olunan hemotoloqlar qrupu tərəfindən pasiyentə dəmir defisitli anemiya diaqnozu təyin edilib. Pasiyentə 4 gün müddətində hər gün 1 eritrosid qan kütləsi köçürülməsi məsləhət görülüb. Mayın 7-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasından 4 ədəd eritrosid qan kütləsi gətirilib, lakin həmin gün hamilə və onun həyat yoldaşı qanın köçürülməsidən imtina ediblər.

Növbəti gün isə hamiləyə qan köçürülməsi baş tutub. Qanköçürmə zamanı heç bir neqativ hal baş verməyib və pasiyent stabil vəziyyətdə evə buraxılıb. Daha sonra mayın 10-da yenidən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən pasiyent həmin gün saat 18:00 radələrində təcili tibbi yardım avtomobili ilə mama və mama-ginekoloqun müşahidəsi ilə Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə ilkin tibbi yardım göstərilib. 35-36 həftəlik hamiləlik, ağır anemiya, ölü döl ilə daxil olan pasiyent "Uşaqlığın anaya tibbi yardımın göstərilməsini tələb edən sonrakı çapığı" diaqnozu ilə qeydiyyata alınıb, hematoloq baxışı olub və qan köçürülüb".

TƏBİB-dən o da bildirilib ki, pasiyentin həyat yoldaşı əməliyyatın icra edilməsinə etiraz etməyib: "Ölü doğulan körpənin cinsi qadın, çəkisi 2.1 kq, boyu 43 sm olub. Əməliyyatdan sonra xəstə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda pasiyent intensiv palataya köçürülüb və vəziyyəti stabildir. Təyinat üzrə müalicəsi davam edir. Ümumilikdə 10.05.2025 – 12.05.2025 tarixləri ərzində pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilib".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2274   Tarix: 13 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr