AZAL IATA-nın Ekoloji Qiymətləndirmə Proqramına qoşuldu (FOTO)

AZAL IATA-nın Ekoloji Qiymətləndirmə Proqramına qoşuldu (FOTO)Bakıda keçirilən IATA-nın Aviasiya Enerji Forumu çərçivəsində Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin ("AZCON Holding") tərkibində fəaliyyət göstərən "Azərbaycan Hava Yolları" (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) "Ekoloji Qiymətləndirmə Proqramı"na (IEnvA) qoşulduğunu elan edib.

Bu barədə Sonxeber.az-a AZAL-dan bildirilib.

Müqaviləni AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır imzalayıblar.

IEnvA aviasiya sahəsində fəaliyyət göstərən tərəfdaşların, o cümlədən aviaşirkətlər, hava limanları, yükdaşıma terminalları, ekspeditorlar, texniki xidmət təminatçıları (MRO), iaşəçilər və yerüstü xidmətləri şirkətlərinin ətraf mühitin mühafizəsi və dayanıqlılıq sahəsindəki fəaliyyətlərini davamlı şəkildə yaxşılaşdırmaq öhdəliklərini müstəqil şəkildə qiymətləndirmək məqsədilə hazırlanmış sertifikatlaşdırma proqramıdır. Bu proqram ISO14001 ekoloji idarəetmə sistemi standartı və IATA-nın Əməliyyat Təhlükəsizliyi Auditi (IOSA) da daxil olmaqla, qlobal səviyyədə tanınan standartlar və sənaye üzrə ən yaxşı təcrübələrə əsaslanır. IEnvA könüllü əsasda fəaliyyət göstərən, abunəlik əsasında təqdim olunan və ətraf mühitin idarəolunması üçün hazır həll yolu təqdim edən bir sistemdir.

IEnvA sertifikatını əldə etdikdən sonra AZAL müxtəlif əməliyyat sahələrində ətraf mühitə təsirini daha yaxşı qiymətləndirə, idarə edə və optimallaşdıra biləcək. Bu, şirkətə ətraf mühit göstəricilərini yaxşılaşdırmağa və bu sahədə daha sistemli yanaşma formalaşdırmağa imkan verəcək.

"IATA-nın IEnvA proqramına qoşulmaq AZAL-ın dayanıqlılıq yolunda atdığı mühüm bir addımdır. Bu proqram bizə ətraf mühit üzrə göstəricilərimizi sistemli şəkildə yaxşılaşdırmaq, ən yaxşı qlobal təcrübələrlə ayaqlaşmaq və aviasiya sənayesinin dekarbonizasiya hədəflərinə töhfə vermək üçün güclü bir çərçivə təqdim edəcək,"– deyə AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.

"AZAL-ın IEnvA proqramına üzv olması şirkətin ətraf mühitin idarə olunması təcrübələrini və ümumilikdə dayanıqlılıq səviyyəsini yaxşılaşdırmaq öhdəliyini bir daha nümayiş etdirir. IATA olaraq aviasiya sənayesində dünya səviyyəli ətraf mühitin idarə olunması təcrübələrinin tətbiqində üzvlərimizlə birgə çalışmaqdan qürur duyuruq. Çünki dayanıqlılıq üzrə öhdəliklərimizi yerinə yetirmək bütün aviaşirkət sənayesi üçün həyati bir çağırışdır,"– deyə IATA-nın Avropa üzrə Regional vitse-prezidenti Rafael Şvartsman bildirib.

IEnvA proqramını tətbiq etməklə AZAL beynəlxalq aviasiya ictimaiyyəti ilə inteqrasiyasını gücləndirməyi və ətraf mühitə təsirin azaldılması üzrə qlobal aviasiya sənayesi hədəfləri ilə uzlaşmağı qarşısına məqsəd qoyur.
AZAL IATA-nın Ekoloji Qiymətləndirmə Proqramına qoşuldu (FOTO)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 650   Tarix: 13 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr