Bir həftə əvvəl "check up" olunubmuş...
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.
Sonxeber.az Bakupost.az-a istinadən xəbər verir ki, Samir Əliyev bir həftə əvvəl özəl xəstəxanaların birində ümumi "check up" müayinəsindən keçib. Ürək damarları, exo, stress-test də daxil olmaqla bütün müayinələrdən keçən hakimdə heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, ötən gün səhər saatlarında infarkt keçirərək vəfat edib.
Yaxınlarının sözlərinə görə, bu hadisə ailə üçün gözlənilməz olub. 49 yaşlı hakim xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
S.Əliyevin üç övladı var. Onun Londonda təhsil alan qızı üçün bu gün, xüsusilə ağır olub. Belə ki, onun diplom müdafiəsi bu günə təsadüf edib. Atasının ölüm xəbərini alan tələbə dərhal Bakıya qayıdıb.
Qeyd olunur ki, Samir Əliyev Azərbaycandan Türkiyəyə təhsil almaq üçün göndərilən ilk tələbələrdən biri olub. O, 1992-ci ildə Ankara Universitetinə daxil olub, daha sonra təhsilini Bakı Dövlət Universitetində davam etdirib və buranı hüquq ixtisası üzrə bitirib.
S. Əliyev 2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərirdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 869 Tarix: 13 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda pensiya yaşı dəyişir? - Belə ola bilər…
Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur. Bu güzəş
21 martÖlən şəxsin pensiyası ilə bağlı təklif
"Dünyasını dəyişən şəxslərin pensiya kapitalının bir hissəsinin onun vərəsəsinə ödənilməsinin tərəfdarıyıq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu, həm pensiya kapitalının toplanması, daha səmərəli istifadə edilməsi, həm də vətəndaşlarımızı
22 martBakı metrosunda yeni QADAĞA
İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 1 aprel tarixindən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir. Bildirilib ki, qaydaya əməl etməyən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar. "Unutmayın ki, qaydala
21 martQış geri QAYIDIR: Dolu düşəcək, qar yağacaq
Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcək. Şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi
22 martSeyfəddin Dəmirlini aldadıb 400 min almaq istəyiblər
Məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb. Laki
23 martYağıntılı hava martın 27-də GÜCLƏNƏCƏK
Milli Hidrometeorologiya Xidmətinin martın 25-i saat 15:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır. Düşən yağıntının miqdarı 5 mm-dək qeydə alınır. Xidmətdən -a verilən xəbərə görə, yağıntılı hava şəraitinin martın 27-si gün ərzində daha da intensivləşəcəyi gözlənili
25 martYer kürəsi üçün böyük TƏHLÜKƏ
Qlobal iqlim görünməmiş qeyri-sabitlik mərhələsinə daxil olub, belə ki, istixana qazlarının konsentrasiyası rekord səviyyəyə çatıb, okeanlar sürətlə isinməyə davam edir, buz örtükləri isə sürətli templə azalır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 23 mart - Ümumdüny
24 mart