Bakıda ən ucuz mənzilləri hansı ərazilərdə almaq olar?

Bakıda ən ucuz mənzilləri hansı ərazilərdə almaq olar?Bakı şəhərinin ayrı-ayrı rayonları üzrə 1 kv.m üçün ən yüksək qiymətlər mərkəzi rayonlarda (Nəsimi, Nərimanov, Yasamal), ən aşağı qiymətlər isə kənar rayonlarda (Xəzər, Suraxanı) müşahidə olunur.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat katibi Elnur Fərzəliyev deyib.

O bildirib ki, Bakı şəhərinin mənzil bazarında qiymətlər regiondan regiona əhəmiyyətli fərqlər göstərir:

"Ümumiyyətlə, şəhər mərkəzinə yaxın və prestijli rayonlarda mənzillərin kvadratmetr qiyməti daha yüksəkdir. Məsələn, ən bahalı mənzillər ənənəvi olaraq Nəsimi, Nərimanov və Səbail rayonlarında qeydə alınır.

Təhlil olunan dövrdə Nəsimi rayonu üzrə mənzillərin orta qiyməti təxminən 3126 AZN/kv.m, Nərimanovda isə 3006 AZN/kv.m təşkil edib. Digər mərkəzə yaxın rayonlardan Yasamal (2822 AZN/kv.m) və Nizami (2633 AZN/kv.m) də orta qiymət göstəricilərinə görə ön sıralardadır.

Mərkəzdən bir qədər kənardakı Binəqədi (2563 AZN/kv.m) və Xətai (2467 AZN/kv.m ) rayonlarında qiymətlər orta səviyyədən bir qədər aşağıdır".
Bakıda ən ucuz mənzilləri hansı ərazilərdə almaq olar?Mətbuat katibi əlavə edib ki, ən ucuz mənzillər isə şəhər ətrafı və yarımkənar ərazilərdə yerləşir:

"Məsələn, Suraxanı rayonunda orta qiymət cəmi 1836 AZN/kv.m olduğu halda, Xəzər rayonunda bu rəqəm 1913 AZN/kv.m civarındadır. Digər kənar rayonlardan Sabunçuda orta qiymət 2226 AZN/kv.m təşkil edir. Bu fərqlər ilk növbədə rayonların yerləşməsindən, infrastrukturundan və mənzillərin keyfiyyətindən qaynaqlanır.

Şəhər mərkəzinə yaxın yerlərdə və yaxud metrostansiya, park, ticarət mərkəzi kimi imkanları bol olan rayonlarda qiymətlər daha yüksək formalaşır. Məsələn, Nəsimi və Səbail kimi mərkəzi rayonlarda elit binalarda kvadratmetri 5000-7000 AZN civarında olan mənzillərə rast gəlmək olur. Əksinə, kənar qəsəbələrdə və mikrorayonlarda kvadratmetr qiyməti 1000-1500 AZN intervalında olan çoxlu sayda təklif mövcuddur".

Qurum rəsmisi vurğulayıb ki, rayonlar üzrə qiymətlərin yeni və köhnə binalar arasında differensiasiyası da maraqlıdır.

"Məsələn, Suraxanıda yeni tikililərdə 1752-2230 AZN/kv.m , köhnə tikililərdə 1420-1995 AZN/kv.m diapazonunda qiymətlər qeydə alınıb, yəni orta hesabla 10-23% fərq var. Mərkəzi rayonlarda isə yeni və köhnə tikili arasındakı fərq nisbətən azala bilər - məsələn, Nərimanov rayonunda bu fərq 3-16%, Xətai rayonunda 7-19% arasıdır. Ümumiyyətlə, bütün rayonlarda yeni tikililər köhnələrdən bahadır, lakin mərkəzdə köhnə binalar da yüksək yerə və infrastrukura malik olduqları üçün qiymətləri kifayət qədər yüksək olaraq qalır". - deyə E.Fərzəliyev qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1333   Tarix: 13 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr