"Şərurlu İsfəndiyar"ın həbs olunması üçün vəsatət verilib

"Şərurlu İsfəndiyar"ın həbs olunması üçün vəsatət verilib"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə İsfəndiyar Axundov da iştirak edib.

İclasda onun anket məlumatları dəqiqləşdirilib. Prosesdə Emil Səməmdərovun vəkili Asim Abbasov İsfəndiyar Axundovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verib. O bildirib ki, İsfəndiyar Axundov bundan əvvəl məhkəmə proseslərindən yayınıb. Vəkil bu səbəbdən barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş şəxsin həbs olunmasını istəyib.

İsfəndiyar Axundovun müdafiəçisi deyib ki, işi ilə əlaqədar ötən prosesdə iştirak edə bilməyib:

"Müvəkkilimin hüquqi savadı olmadığı üçün ötən prosesdə vəkilsiz iştirak etmək istəməyib. Bu, onun məhkəmədən yayınması kimi qəbul edilməməlidir. Xahiş edirəm ki, vəsatət təmin olunmasın".

Məhkəmə İsfəndiyar Axundov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatəti təmin etməyib.

Sonra şikayətçinin vəkili Asim Abbasov İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib. O bildirib ki, onun ölkədən çıxışına qadağa qoyulması təqsirləndirilən şəxsin gələcəkdə məhkəmə prosesindən yayınmasının qarşısını alacaq.

İsfəndiyar Axundovun vəkili deyib ki, müvəkkili ölkənin qabaqcıl şirkətlərinə rəhbərlik edir və onun bu işə görə məhkəmə prosesindən yayınacağını düşünmək düzgün deyil:

"İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulması onun fəaliyyətinə buxov vurmaq kimidir. Xahiş edirəm vəsatət təmin edilməsin".

Məhkəmə təqsirləndirilən şəxsin ölkədən çıxışına qadağa qoyulması üçün verilən vəsatəti də təmin etməyib.

Prosesdə təqsirləndirilən İsfəndiyar Axundov da ifadə verib. O deyib ki, fəaliyyəti dövründə bir çox insana mənzil sahibi olması üçün kömək edib:

"Xahiş etmişəm ki, məni həbs etsinlər, canım bunlardan qurtarsın, lakin dövlətim mənə deyib ki, işimlə məşğul olum. Mən bu işlərə məcburi cəlb olunmuşam. Emil Səməndərov bu qədər adamı aldadıb. Zərərçəkənlər də elə bilir ki, onları mən aldatmışam".

Şikayətçinin vəkili Asim Abbasov əlavə edib ki, təqsirləndirilən İsfəndiyar Axundov tikinti işlərinə məcbur cəlb olunduğunu etiraf edib.

Təqsirləndirilən şəxsin vəkili cavabında bildirib ki, "Proqress 2016" MTK-nın öhdəliklərini "Şərur" MTK öz iradəsi ilə etməsə də, könüllü olaraq icra edib. Vəkili İsfəndiyar Axundovun fikrinin yanlış anlaşıldığını deyib.

Şikayətçi Emil Səməndərovun vəkili Asim Abbasovun sonuncu vəsatəti təqsirləndirlən İsfəndiyar Axundovun əvvəllər cinayət məsuliyyətinə cəlb olunub-olunmadığını müəyyən etmək üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsi ilə bağlı olub:

"Hər hansı bir təqsirləndirilən şəxsin barəsində qərar çıxarılanda onun əvvəllər cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı da nəzərə alınır. Ona görə də, bu məlumatların əldə edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsini xahiş edirəm".

Məhkəmə vəsatəti təmin edib.

Növbəti proses mayın 24-ə təyin edilib.

Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016" MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

***15:20

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçiriləcək.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, o, prosesdə iştirak etmək üçün Binəqədi Rayon Məhkəməsinə gəlib.

Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016" MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2021   Tarix: 13 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr