Jalə buna görə polisə müraciət etdi - Foto
Aparıcı Jalə Həsənli dələduzluqla üzləşib.
Axşam.az xəbər verir ki, aparıcı bununla bağlı polisə müraciət edib. O bildirib ki, adına saxta profil açılıb:
"Bu yaxınlarda TikTok platformasında Rəsulun qarşısına belə bir səhifə çıxdı. Adıma bu kimi "fan" səhifələrin açıldığı olub, amma hər birinin qarşısında "fan" olduğu mütləq vurğulanıb. Bu səhifədə olmaması diqqətimizi çəkdi. Rəyləri oxumağa başladıq, məlum oldu ki, hesabı işlədən şəxs rəylərdə özünü Jalə Həsənli kimi təqdim edir, pul qarşılığında reklam təklifləri alır, insanlara rəylərdə mənim adımdan mənə xas olmayan tərzdə cavab yazır. Öz hesabımdan (rəylərə Rəsulun telefonundan baxırdıq) səhifəyə mesaj yazmaq istədim, baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb.
İşgüzar nüfuzuma zərər vurduğuna görə "Jalə Həsənli"nin tapılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etdik. "Kim olduğumu haradan tapacaqlar?" deyib, adıma səhifə açan, pul qarşılığında reklam təklifləri qəbul edən həmin şəxsi qısa müddətdə araşdırma nəticəsində Azərbaycan polisi tapdı. Kimliyi müəyyənləşdirildi, məlum oldu ki, "Jalə Həsənli" gənc bir oğlan imiş. Saxta səhifə silindi, şəxsin haqqında qanunauyğun tədbirlər görüldü.
Dələduzluğa, dezinformasiyaya qarşı mübarizə apardığımız bu ərəfədə sizi adımdan yazılan hər hansı bir məlumata, informasiyaya inanmamağa çağırıram".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1624 Tarix: 13 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabr