Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
Kənd həyatında təbiətlə iç-içə yaşamaq, həyətləri gül-çiçək içində saxlamaq bir ənənə, bir zövq məsələsidir. Amma görünür, bu zövq bəzən qonşuluq münasibətlərində gərginliyə səbəb ola bilirmiş.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, hasarın bayır tərəfində nərgiz gülü əkdiyi üçün qonşu qonşunu bələdiyyəyə şikayət edərək, gülləri yerindən çıxartdırıb.
Bu barədə sosial şəbəkələrdən birində paylaşım edilib.
Kənd sakininin sözlərinə görə, o, öz həyətinə bitişik divarın bayır hissəsində nərgiz gülləri əkib. Lakin bu estetik təşəbbüs qonşusunun narazılığına səbəb olub. Qonşu bələdiyyəyə şikayət edərək güllərin oradan çıxarılmasına nail olub.
Məsələ ilə bağlı bələdiyyə əməkdaşı bildirib ki, güllər ərazidə gözəl görüntü yaratsa da, qonşu bu halı problem edir.
Hüquqşünas Səməd Qasımov bildirir ki, əgər güllər vətəndaşın öz torpaq sahəsində əkilibsə, qonşunun etirazı hüquqi qüvvəyə malik deyil:
"Əgər güllər şəxsin öz torpağındadırsa, qonşunun etirazına baxmayaraq, həmin yerdə yenidən gül əkilə bilər. Lakin həmin ərazi (divarın dib hissəsi) bələdiyyə torpağıdırsa, o zaman vətəndaş sadə formada ərizə ilə bələdiyyədən icazə almalıdır".
S.Qasımov əlavə edib ki, icazə verilmədiyi halda vətəndaş öz sahəsi daxilində istədiyi çiçəkləri əkə bilər.
Bu kimi hadisələr göstərir ki, ictimai və fərdi məkanların sərhədlərinin müəyyənləşdirilməsi, həm vətəndaşların istəklərinin, həm də qonşuluq münasibətlərinin sağlam şəkildə tənzimlənməsində müstəsna rol oynayır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1078 Tarix: 14 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabr