"Kabab da yeyə bilmirəm" - İlhamə Elşadqızının məhkəmədən videosu
Narkotik ittihamı ilə həbs edilən, özünü şairə və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının (Əsgərova) məhkəmə istintaqı başlayıb.
"Qafqazinfo"nun məlumatına görə, o, konvoyun müşayiəti ilə məhkəmə salonuna gətirilib.
İlhamə Elşadqızının zala daxil olan kimi, ilk sözü "mənim günahım yoxdur, özüm də sıradan bir insan deyiləm. Bundan əlavə, xəstə ola-ola həbs edilmişəm. Öd kisəm yoxdur, kabab zad da yeyə bilmirəm", - deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edir.
***
İlhamə Elşadqızına qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilərsə, o, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Amma xanım müttəhim ittihamla razılaşmayıb, özünü təqsirli bilmədiyini deyib: "Mən Azərbaycan qadınıyam. Bundan əlavə, şairəm. Allah mənə ikiqat ağıl verib. Bütün günü hər yerdə məndən yazırdılar. İndi niyə məni ünsür kimi təqdim edirlər? Ağlı başımda qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm. Mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm. O qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm. Dəstək olmaq lazım idi mənə…
Bahar vaxtıdır, indi mənim yazıb-yaradan vaxtımdır. Götürüb salıblar Kürdəxanıya həbsə… Belə narkoman olar? Bu nə deməkdir? Mən həmişə televiziyada olmuşam, heç bir kişi ilə adım çıxmayıb. Dövlət tədbirlərində mənim şeirlərim səslənib (4 misra şeir deyir-red). Mən tər-təmiz, pak qadınam. Nə var-nə var TikTok-da direl zad demişəm. Bu da xoş qarşılanmayıb. Bəraətimi istəyirəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3585 Tarix: 14 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabr