"Bu gün Azərbaycan yeni dövrün tələblərinə uyğun siyasət həyata keçirir" - DEPUTAT

"Bu gün Azərbaycan yeni dövrün tələblərinə uyğun siyasət həyata keçirir" - DEPUTAT"Vətən müharibəsindən əldə etdiyimiz möhtəşəm zəfərdən sonra Azərbaycanın beynəlxalq siyasətdə oynadığı aktiv rol, COP29 kimi mühüm beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi, eləcə də Qoşulmama Hərəkatı sədrliyi dövründə göstərdiyi liderlik, ölkəmizin Şimalla Cənub arasında körpü rolunu üzərinə götürməyə hazır olduğunu sübut edir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib

Deputat qeyd edib ki, bu gün ölkəmizin beynəlxalq vasitəçilik təşəbbüsləri və çoxtərəfli əməkdaşlığa verdiyi önəm onu yeni beynəlxalq nizamda mühüm oyunçulardan birinə çevirir:

Ölkəmizin son 5 ilə yaxın dövrdə əldə etdiyi uğurlar Cənubi Qafqazın aparıcı dövləti olduğunu təsdiq edir. Azərbaycan təkcə öz milli maraqları üçün deyil, həm də beynəlxalq ədalətin və balanslı əməkdaşlığı tərəfdarı kimi çıxış edir. 44 günlük Vətən müharibəsində Azərbaycan tək ərazi bütövlüyünü bərpa etmədi, həm də regionda yeni reallıq yaradıb. Məhz buna görə də ölkəmiz ziddiyyət olan ölkələr arasında vasitəçilik də edir. Həmin ölkələr ortaq razılıq əldə etmək üçün Azərbaycanı məkan olaraq seçirlər. Çünki bu gün Azərbaycan dünyada baş verən dəyişikliklərə uyğun, yeni dövrün tələblərinə uyğun siyasət həyata keçirir. Əsas məqsəd də mövcud mürəkkəb şərtlərdə belə milli maraqlarımızın qorunmasıdır".

Deputat vurğulayıb ki, bu gün tək tələbimiz müstəqil dövlət kimi bizim maraqlarımıza hörmətlə yanaşılmasıdır:

"Cənab prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrilib. Düzdür, bəzi güc mərkəzləri Azərbaycanı öz təsiri altına almağa çalışsalar da onların bu cəhdləri uğursuzluqla nəticələnib. Təbii ki, bu cənab prezident İlham Əliyevin həyata keçirdiyi gələcəyə hesablanan uğurlu siyasətinin nəticəsidir. Məhz buna görə də bu gün Azərbaycan müstəqil siyasət yürüdür.
Bəzi dövlətlərdən fərqli olaraq Azərbaycan Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına və əməkdaşlıq mühitinin yaradılmasında maraqlıdır. Fransa və bəzi Avropa ölkələri regionda vəziyyəti gərginləşdirmək cəhdləri hər zaman iflasa uğrayıb. Bundan sonra da belə olacaq. Biz hesab edirik ki, regionla bağlı bütün məsələləri burada yaşayan xalqlar, bu bölgənin dövlətləri həll etməlidir. Ölkəmizin bu yanaşması tamamilə təbii və məntiqlidir.
Təəssüf ki, bunu Ermənistana şamil etmək olmaz. Heç vaxt müstəqil dövlət kimi özünü təsdiq edə bilməyən Ermənistan bu gün də hansısa siyasi mərkəzlərə sığınaraq, Cənubi Qafqazda sülhə və sabitliyə maneə yaradan faktor rolunu davam etdirmək istəyir. Yaxşı olar ki, Ermənistan Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini tezliklə imzalayaraq ölkəsini siyasi və iqtisadi böhrandan xilas etsin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 506   Tarix: 13 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr