"Rich Life"da dava: Xanım tanışı ilə ad gününə getdi, restorana 7500 manat ziyan vurdu
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən "Rich Life" restoranında insident törədən şəxsə qarşı məhkəmə qərarı elan edilib.
Qaynarinfo-nun məlumatına görə, 2002-ci il təvəllüdlü, Ağcabədi rayonunda anadan olmuş İntiqam Məmmədova (soyad şərti) qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanı kobud şəkildə pozma, ictimai yerdə başqalarının sakitliyini pozan, zor tətbiqi ilə müşayiət olunan hərəkətlər) maddəsi ilə cinayət işi açılıb və işə məhkəmə baxıb.
İş materiallarına əsasən, İntiqam xanım tanışı V.G. ilə birlikdə həmin restoranda A.D. adlı rəfiqələrinin ad günü məclisində iştirak edib. Təqsirləndirilən şəxs məclis zamanı spirtli içki qəbul etdikdən sonra V.G. ilə mübahisə edib. Restoranın administratoru onu sakitləşdirməyə çalışsa da, İntiqam aqressiv davranaraq restorana məxsus əmlakı dağıtmağa başlayıb.
Belə ki, o, təpiklə bir ədəd 2600 manatlıq "Samsung" və bir ədəd 800 manatlıq JVC markalı televizoru sındırıb. Bundan başqa, əli ilə rəflərdəki içki şüşələrini yerə ataraq sındırıb:
* 4 ədəd 700 ml-lik, hər biri 450 manat olan "Hennessy XO" konyakı
* 5 ədəd 1 litr həcmli, hər biri 220 manat olan "Chivas 18" viskisi
* 6 ədəd, hər biri 70 manat olan "Sierra" markalı tekila
* 4 ədəd 700 ml-lik, hər biri 65 manat olan "Jack Daniels" viskisi
* 1 ədəd, 60 manatlıq 1 litr "Jägermeister" içkisi
* 1 ədəd, 120 manatlıq 750 ml-lik "Moet Chandon" şərabı
* 2 ədəd, hər biri 60 manat olan 1 litr "Ballantine’s" viskisi
* 3 ədəd, hər biri 70 manat olan 1 litr "Jameson" viskisi
Nəticədə restorana ümumilikdə 7490 manat məbləğində maddi ziyan dəyib.
Hadisə bununla da bitməyib. İntiqam əsəbini cilovlaya bilməyərək restoranda olan Türkiyə vətəndaşı Burkaya hücum edib və ona sol çənə bucağının şişməsi ilə müşayiət olunan xəsarət yetirib. Daha sonra isə restoran qarşısında dayanmış taksi sürücüsü F.Y.-yə məxsus "Kia" markalı avtomobilin ön buferinin sol hissəsini təpiklə zədələyərək 200 manat məbləğində maddi ziyana səbəb olub.
Məhkəmədə təqsirləndirilən şəxs cinayəti sərxoş halda törətdiyini etiraf edib və peşman olduğunu bildirib. Məhkəmənin hökmü ilə onun istintaq zamanı həbsdə saxlanıldığı 4 ay 29 gün cəza müddəti nəzərə alınaraq, qəti olaraq 1 il 8 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1039 Tarix: 15 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar
6 oktyabr"WhatsApp"da yeni funksiya
"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide
5 oktyabrToy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyüldüy
6 oktyabrAzərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
4 oktyabrKimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını
4 oktyabrAzərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma
4 oktyabrMüəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi
5 oktyabrAzərbaycanda əlavə iş yerləri yaradılacaq
Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Paraleqal dövlət büdcəsindən ayrılmış vəsai
5 oktyabr