"17 yaşlı yeniyetməni öldürənlərin valideyinləri də ən az onlar qədər günahkardır" - AÇIQLAMA

"17 yaşlı yeniyetməni öldürənlərin valideyinləri də ən az onlar qədər günahkardır" - AÇIQLAMA13 may tarixində Gəncə şəhərində dəhşətli bir cinayət hadisəsi baş verib. 2007-ci il təvəllüdlü Elgün İbrahimov evdən rəqs məşqinə getmək üçün çıxıb və bir daha geri qayıtmayıb. Axşam saatlarından sonra telefonuna zəng çatmayıb və ailəsi onunla əlaqə saxlaya bilməyib.

Gecə saat 23:00 radələrində Gəncə Peşə Məktəbinin arxa hissəsindən inilti səsləri gəldiyi barədə məlumat alan mühafizəçi dərhal təcili tibbi yardıma zəng edib. Hadisə yerinə gələn tibbi heyət Elgünün ağır işgəncə izləri ilə dolu cansız bədəni ilə qarşılaşıb: üzündə dərin xəsarətlər, çıxarılmış göz, açılmış sinə və tanınmaz hala salınmış sifət.

Elgün ailəsinin dayağı idi. Atası olmayan bu ailədə o, həm məktəb oxuyur, həm də işləyərək anasına və qardaşına baxırdı. Kirayədə yaşayan ailənin gələcəyinə ümid olan Elgün attestat imtahanlarından yüksək nəticə toplayaraq universitetə daxil olmaq və anasını daha yaxşı şəraitdə yaşatmaq arzusunda idi.

Bu hadisəni kimin törətdiyi, niyə törətdiyi hələlik məlum deyil. İlkin ehtimallara görə, cinayət Elgünün yaşıdları tərəfindən amansız şəkildə döyülməsi nəticəsində baş verib. Hal-hazırda istintaq davam edir və ailəsi, dostları, ictimaiyyət bu cinayətin tezliklə açılmasını tələb edir.

Bəs görəsən belə hadisələrdə valideyinlər nə qədər rol oynayır?

Sosioloq Lalə Mehralı bu barədə Sonxeber.az -a açıqlama verib:

"Biz hər zaman yeniyetmə münasibətlərinin necə saf olduğundan danışırıq. Çünki, onların arasında çıxar, təmənna yoxdur. Bir-birilərinə saf şəkildə yanaşırlar. Əslində böyüklərin bir-biri ilə sözləri düz gəlməyəndə baş vurduqları zorakılıq halları uşaqlarda bu dərəcədə müşahidə edilməmişdi. Əlbəttə olurdu: ani bir reflekslə bıçaqlanma halları, güllə ilə yaralama halları və.s Bunlar ani refleksdən baş verən hadisələrdir. Amma bir uşağın bu qədər vəhşicəsinə döyülməsi yolverilməzdir. Bir uşaq o yaşda niyə öz yaşıdına qarşı belə bir qəzəb, aqressiya bəsləsin? O uşaqların içi niyə belə nifrətlə zəngindir? Onların psixologiyası nə vaxt bu həddə çatdı ki, valideyinlər belə fərqinə varmadılar? Hər kəs öz övladını tanıyır. Bilir ki, onun övladı hansı potensiala sahibdir. Kiməsə zərər verə bilərmi, kimisə döyə bilərmi? Həmin uşağı döyərək öldürən uşaqların psixologiyasını valideyinlərinin bilməməsi mümkün deyil. Bir valideyinin 17 yaşına qədər böyütdüyü uşağın potensialını bilməməsi mümkün deyil. Bu məsələdə o uşağı öldürənlərin valideyinləri də özləri qədər günahkardır. 17 yaşlı yeniyetməni öldürəcək qədər döyən uşaqları o səviyyəyə valideyinləri çatdırıb. Biz uşaqların timsalında hər zaman valideyinləri görürük. Uşaq evinin güzgüsüdür. Onlar ailələrində nə görsələr, eynisini ətraflarında tətbiq edirlər. Valideyinlərin belə hadisələrdə "Mənim uşağım bunu edəcək biri deyil" demələri sadəcə bəhanədir. Bu uşaqları məhz valideyinlər o həddə çatdırıblar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4127   Tarix: 15 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

6 oktyabr
.

"WhatsApp"da yeni funksiya

"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide

5 oktyabr
.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi

Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyüldüy

6 oktyabr
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

4 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr
.

Zəlzələ, sel, daşqın... İnsanlar niyə mənzillərini sığortalamaq istəmir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Zəlzələ, sel, daşqın və digər təbii fəlakətlər nəticəsində mənzillərə ciddi ziyan dəyməsi insanlara əmlak sığortasının əhəmiyyətini bir daha xatırladır. Buna baxmayaraq, bir çox vətəndaş hələ də öz mənzilini sığortalamağa maraq göstərmir. Sığorta ödənişlərinə inamsızlıq, sığortanın mahiyyəti barədə kifayə

6 oktyabr
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

4 oktyabr
.

Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"

Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi

5 oktyabr
.

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Paraleqal dövlət büdcəsindən ayrılmış vəsai

5 oktyabr