Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 5 və 6-cı məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisini aparacaq şirkətin adı açıqlanıb.
Teleqraf xəbər verir ki, 36.536.755,81 manat dəyərindəki layihəni "SMTS" MMC reallaşdıracaq.
Tikinti üzrə işlərin 2026-ci ilin iyun ayının 30-na qədər sonlandırılması nəzərdə tutulur.
Qeyd edək ki, "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin elan etdiyi tenderin ilkin qiyməti 42.881.950,42 AZN olub.
Onu da bilidrək ki, "SMTS" MMC "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 1 və 2-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin də qalibi olub. Bu layihədə işlərin dəyəri 36.586.240,32 AZN-dir. İşlərin növəti ilin iyununa qədər tamamlanması nəzərdə tutulur.
İl başlayandan "SMTS" MMC ümumilikdə üç böyük tenderin qalibi olub. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli inzibati binasında quraşdırılan avadanlıqlara, texniki infrastruktura 2025-ci il ərzində servis xidməti və təmir işlərinin satın alınması üzrə müsabiqənin qalibi də bu şirkətdir. Sifarışin qiyməti 4.305.773,71 AZN-dir.
Xatırladaq ki, 2024-cü ildə eyni servis xidmətini şirkət Dövlət Xidmətinə 3.777.997,33 manata icra edib.
Eləcə də "AzİnTeleCom" MMC ilə hökumət buludu layihəsi çərçivəsində tikinti işləri üçün hazırlıq işlərinin satın alınması üzrə keçirilən müsabiqəyə görə, şirkət 6 milyon 348 min 960 manatlıq müqavilə bağlayıb.
"SMTS" MMC 2013-cü ildə "Əmlak Məsələləri Dövlət Komitəsi"nin 33 mərtəbəli İnzibati Binasının (Property Tower) inşaası ilə bağlı elan etdiyi tenderin də qalibi olub.
MMC 2007-ci ildə qeydiyyatdan keçib. Qanunu təmsilçisi Ağalar Allahyarovdur. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun dövlət reyestrinə daxil edilən məlumatlarında 2025-cü ilin fevral ayının 17-nə qədər şirkətin nizamnamə kapitalının 10 manat olduğu göstərilib. 2025-ci ilin mart ayının 3-dən isə MMC-nin nizamnanı kapitalı 612435 manat təşkil edib.
"SMTS" MMC Cənubi Qafqazın ən hündür göydələni hesab edilən 50 mərtəbəli "Baku Tower" İş mərkəzini, Qalaaltı Otel&SPA İstirahət və Müalicə Kompleksini, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsi binasının tikintisini icra edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 831 Tarix: 15 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar
6 oktyabr"WhatsApp"da yeni funksiya
"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide
5 oktyabrToy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyüldüy
6 oktyabrAzərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
4 oktyabrKimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını
4 oktyabrAzərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma
4 oktyabrMüəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi
5 oktyabrAzərbaycanda əlavə iş yerləri yaradılacaq
Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Paraleqal dövlət büdcəsindən ayrılmış vəsai
5 oktyabr