Valideynlik hüququ: Uşaq nə zaman atanın himayəsində qalır? - AÇIQLAMA
"Nikahın pozulması zamanı məhkəmə tərəfindən mütləq şəkildə həll olunan məsələlərdən biri də uşağın hansı valideynin yanında qalması məsələsidir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşağın maraqlarına zidd hallar istisna olmaqla, o, 10 yaşına çatdıqda onun fikri mütləq nəzərə alınmalıdır. Bununla yanaşı, qəyyumluq və himayə orqanının rəyi əsasında hər hansı bir məsələnin müzakirəsi zamanı 7 yaşına çatmış uşağın da fikri öyrənilə və nəzərə alına bilər".
Bu sözləri Sonxeber.az-a hüquqşünas Ramil Süleymanov danışıb.
O, açıqlamasında qeyd edib ki, Məhkəmələr bu qərarı qəbul edərkən uşağın mənəvi, tərbiyəvi və təhsil baxımından hansı valideynin yanında daha əlverişli və mümbit şəraitdə böyüyəcəyini əsas götürür:
"Əvvəllər məhkəmə təcrübəsində daha çox uşaqların ananın himayəsində saxlanılması halları üstünlük təşkil edirdi. Lakin son 3-5 ilin məhkəmə təcrübəsi göstərir ki, artıq ilkin mərhələdə, hətta 7 yaşlı uşaqlar belə atanın himayəsinə verilə bilər. Məhkəmələr bu qərarı qəbul edərkən uşağın mənəvi, tərbiyəvi və təhsil baxımından hansı valideynin yanında daha əlverişli və mümbit şəraitdə böyüyəcəyini əsas götürür. Qəyyumluq və himayə orqanlarının rəyi də bu zaman nəzərə alınır.
Əgər valideynin alkoqol və ya digər maddələrə asılılığı varsa, uşağa qarşı fiziki və ya mənəvi zorakılıq halları mövcuddursa və ya valideynin uşağın gözü önündə əxlaqi normalara zidd davranışları sübut olunarsa, bu hallar aidiyyəti dövlət qurumları tərəfindən təsdiqləndiyi təqdirdə, məhkəmə birmənalı şəkildə uşağın atanın himayəsində qalmasına qərar verir. Məhkəmə bu barədə əsaslandırılmış qətnaməsində öz mövqeyini ətraflı şəkildə izah edir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Yeni ildə neçə gün İŞ olmayacaq?
Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi
500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA
Hava kəskin DƏYİŞİR - Temperatur 7 dərəcə enəcək, qar yağacaq
Bazar gününün hava proqnozu
Südə limon suyu sıxanda görün nə baş verir - Marketə getməyə ehtiyac qalmadı - VİDEO
Sevil-Sevinc "ana oldu" - FOTO
Şirvanda 6 uşaq anası həyata belə qaytarıldı - Palatadan təsirli video
Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?
Sabah bəzi ərazilərdə leysan olacaq, qar yağacaq - PROQNOZ
"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın
Bakıda ət bahalaşdı - YENİ QİYMƏT