Dələduzluğa görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur? - AÇIQLAMA
"Əgər vətəndaşlara qarşı dələduzluq əməlinin törədildiyi müəyyən olunarsa, hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır və dəymiş zərərin məbləğindən asılı olaraq təqsirli şəxsin məsuliyyətə cəlb olunmasını təmin edir".
Bu sözləri Sonxeber.az-a vəkil Rəşad Əliyev danışıb.
O, açıqlamasında qeyd edib ki, qanunvericiliyə əsasən, dələduzluq – yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını və ya əmlak hüquqlarını ələ keçirmək – həm inzibati, həm də cinayət məsuliyyəti yaradır:
"Əgər ələ keçirilmiş məbləğ 500 manatdan azdırsa, bu hal inzibati xəta kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən tədbir görülür.
Əgər dələduzluq yolu ilə ələ keçirilmiş məbləğ 500 manatdan çox olarsa, artıq cinayət məsuliyyəti qüvvəyə minir. Bu halda Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndlərinə əsasən cinayət işi başlanılır.
İstintaq və məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs mülki iddia qaldıra bilər. Məhkəmə cinayət əməlini törətmiş şəxsə qanunvericiliyə uyğun cəza təyin etməklə yanaşı, dəymiş ziyanın ödənilməsi barədə də qərar qəbul edir.
Qeyd olunur ki, dələduzluq edən şəxs həbs olunsa belə, onun zərəri ödəmək öhdəliyi qüvvədə qalır. Hətta cəzaçəkmə müddəti başa çatdıqdan sonra da bu öhdəlik yerinə yetirilməlidir. Məhkəmə qərarı icra edilmədikdə, bu ayrıca məsuliyyətə səbəb ola bilər.
Qanunvericilik eyni zamanda barışıq imkanını da nəzərdə tutur. Belə ki, istintaq və ya məhkəmə mərhələsində zərərçəkmişə dəymiş zərər ödənilərsə və tərəflər arasında barışıq əldə olunarsa, təqsirləndirilən şəxs məsuliyyətdən azad oluna bilər. Əgər məbləğ xeyli miqdardadırsa, onun 25 faizi, külli miqdardadırsa, 50 faizi dövlət nəfinə ödənilərsə, bu hal da məsuliyyətdən azadolma üçün əsas ola bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1997 Tarix: 16 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabr