Mübahisəli cərimələr zamanı - Nə etməli?
Azərbaycanda bəzi sürücülərin üzləşdiyi ən ciddi problemlərdən biri də mübahisəli cərimələrdir.
"Qafqazinfo"nun məlumatına görə, bununla əlaqədar İTV sujet hazırlayıb.
Belə sürücülərdən biri də Roman Heydərlidir. O iddia edir ki, 2023-cü ildən ölkədə olmayan adamla 2025-ci ilin aprelində radara düşüb: "Mən nə qədər irad bildirdim. Dedilər ki, texniki səhvdir. Neçə gündür əlaqə saxlayıram, heç bir dəyişiklik yoxdur. Cərimə də yerində qalıb".
Şikayətçinin sözlərinə görə, bundan əvvəl də başqa cür cərimələnib: "İllərdir istifadə etmədiyim, texniki baxış, sığorta olunmayan, tam yararsız, xarab maşını təmir etmək üçün yolun hərəkət hissəsi olmayan yerdə saxlamışdım. Maşının kapot hissəsi açıq, usta işləyən yerdə yanımızdan DYP maşını keçdi. Onlar da avtomatik çəkiliş edirlər. Bir az keçəndən sonra gördüm ki, adıma cərimə gəlib".
Ekspert Yasin Mustafayev deyir ki, belə halların baş verməsinə səbəb həm texniki problemlər, həm də məsələnin düzgün araşdırılmaması ola bilər: "Belə olan hallarda sürücü müəyyən addımlar ata bilər. Hər bir sürücü özünə elektron kabinet açsın. Orada "şikayət et" bölməsindən istifadə etsinlər. Etmədikləri xətalarla bağlı protokol tərtib olunubsa, şikayət edə bilərlər. Bununla da onların adına tərtib olunan protokol ləğv oluna bilər".
Hüquqşünas Esmira Rzayevanın sözlərinə görə, vətəndaş ona hansı xətanı törətdiyi və hansı cərimə yazıldığına dair protokol tələb edə bilər: "Əgər vətəndaş hesab edirsə ki, həmin xətanı o törətməyib, bu zaman məhkəmə qaydası ilə həmin protokolun ləğv edilməsi və tərtib olunmuş cərimənin silinməsini tələb edə bilər".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sürücülərin törətdikləri xətaya görə qeydiyyatını təmin edən elektron sistemin dəqiqliyi və şəffaflığı davamlı olaraq diqqətdə saxlanılır.
Ətraflı İTV-nin videomaterialında:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 662 Tarix: 17 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir
Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela
23 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabr"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabr